Mikayıl Cabbarov: “Zərgərlik bazarı ilə bağlı aparılan təhlillər çatışmazlıqların olduğunu göstərir”

0
31

Azərbaycanda zərgərlik bazarı ilə bağlı aparılan təhlillər bir sıra çatışmazlıqların olduğunu göstərir.

APA-Economics”in məlumatına görə, bunu “Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: Problemlər və imkanlar” mövzusunda Bakıda keçirilən sahibkarlara görüşdə çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, bazar iştirakçıları tərəfindən xammal və məmulatların idxalında qeyri-rəsmi əməliyyatların geniş hal kimi yayılması, ikinci əl məmulatların rəsmi qaydada almaq imkanının bir çox halda olmadığı, affinajın (qızılın təmizlənməsi – red.) bir neçə böyük bazar iştirakçıları tərəfindən kiçik həcmlərdə həyata keçirilməsi, bazarın ixrac imkanlarına da, bazarın vəziyyətinə də ciddi dərəcədə zəiflədir.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin