“Sədərək” Ticarət Mərkəzində baş verən yanğın söndürüldü – YENİLƏNİB-2

0
20

Sədərək” Ticarət Mərkəzində baş verən yanğın söndürülüb.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hazırda Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.

Yanğınla əlaqədar qərargah yaradılıb. 


*** 09:22

Bu dəqiqəyə qədər “Sədərək” Ticarət Mərkəzində 1 000kvadratmetrə qədər ərazi yanıb.

“Report”un xəbərinə görə, yanğınsöndürmə işləri davam etdirilir. 

Hadisə yerinə helikopter də cəlb olunub.


***

Xəbərə video əlavə olunub

Fövqəladə Hallar Nazirliyi(FHN) “Sədərək” Ticarət Mərkəzində baş verən yanğınla bağlı açıqlama yayıb.

“Report”un xəbərinə görə, açıqlamada bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Sədərək Ticarət Mərkəzində yanğın olması barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin