Əsas səhifə İqtisadiyyat Dünya Bankı Azərbaycana böyük məbləğdə kredit ayırır

Dünya Bankı Azərbaycana böyük məbləğdə kredit ayırır

admin
18 Oxunub

Dünya Bankı məşğulluğun dəstəklənməsi üçün Azərbaycana böyük məbləğdə kredit ayırır.

“İnterfaks Azərbaycan”ın xəbərinə görə, Dünya Bankı Direktorlar Şurası məşğulluğa dəstək layihəsini maliyyələşdirmək üçün Azərbaycana 100 milyon dollar kredit ayrılmasını təsdiqləyib.

Bankdan verilən məlumata görə, kredit vəsaiti dörd il güzəşt müddəti daxil olmaqla, 14 il müddətinə ayrılıb.

Beş il müddətinə nəzərdə tutulan layihənin məqsədi Azərbaycan əhalisinin daha çox ehtiyacı olan təbəqələrinə iş tapmaq, əmək bazarlarında özünüməşğulluq imkanlarını təbliğ etməkdir.

Layihədə qadınlar, gənclər, təhsil səviyyəsi aşağı olan insanlar və ölkədəki məcburi köçkünlər diqqət mərkəzində olacaqlar.

“Bu, Azərbaycan üçün vacib bir layihədir və onun məqsədi cəmiyyətin ən həssas təbəqələri üçün məşğulluq imkanlarını yaxşılaşdırmaqdır”, – deyə Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Navid Naqvi qeyd edib.

Rəy bildir

nineteen − nine =