Pakistanda güclü yağışlar 17 nəfərin ölümünə səbəb olub

0
17

Pakistanın şimal-qərbindəki Xayber Paxtunxva əyalətində yağan güclü yağışlar nəticəsində 17 nəfər ölüb, 37 nəfər yaralanıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə əyalətdə təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması üzrə idarə məlumat yayıb.

Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, ölənlərin arasında üç qadın və 14 uşaq da var, 27 uşaq isə xəsarət alıb.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin