Azərbaycan bankları son 4 gündə 1 mlrd. dollara yaxın vəsait alıb

0
16

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə keçirilmiş valyuta hərracındakı tələb ötən gün keçirilmiş hərracın tələbi ilə müqayisədə 44,4 mln. ABŞ dollar və ya 16,7% artaraq 265,2 mln. dollar təşkil edib. Ötən gün bankların valyutaya olan tələbi 220,8 mln. dollar olub.

AMB-dən “APA-Economics”ə verilən məlumata görə, hərrac zamanı həmçinin bankların nağd valyutaya olan tələbləri də tam təmin olunub.

Qeyd edək ki, bu göstərici martın 11-də keçirilmiş valyuta hərracında formalaşmış tələbdən 71,1% çox olub.

Ümumiyyətlə, son dörd gün ərzində AMB banklara 964,2 mln. dollar dəyərində valyuta satıb.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin