“Eurovision 2020” koronavirusa görə təxirə salındı

0
12


Bu ilin may ayında Niderlandda keçirilməli olan “Eurovision” mahnı müsabiqəsi koronavirusun yayılması riski səbəbi ilə rəsmi olaraq ləğv edilib.

“Report” xəbər verir ki, bu barədə təşkilatçıların “Twitter” hesabındakı məlumatında deyilir.

“COVID-19-un bütün Avropaya yayılması təhlükəsi, həmçinin iştirakçı ölkələrin hökumətləri, o cümlədən Niderland hökuməti tərəfindən tətbiq olunan məhdudiyyətlər nəzərə alınaraq “Eurovision” müsabiqəsinin keçirilməsi mümkün deyil”, – rəsmi açıqlamada bildirilir.

Təşkilatçılar həmçinin qeyd edirlər ki, Avropa Yayım Birliyi (EBU) bu il “Eurovision”a ev sahibliyi etməli olan Rotterdam ilə birlikdə müsabiqənin 2021-ci ildə keçirilməsini müzakirə etməyə davam edəcək.

Qeyd edək ki, “Eurovision” mahnı müsabiqəsi mayın 12-dən 16-dək Rotterdamdakı “Ahoy” konsert zalında keçirilməli idi.

Azərbaycanı müsabiqədə “Kleopatra” mahnısı ilə Efendi(Samirə Əfəndi) təmsil etməli idi.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin