Dünyada koronavirusa yoluxan 266 min nəfərdən 11 mini ölüb

0
10

Dünyada 266 073 nəfər koronavirusa yoluxub və indiyədək 11 min 184 ölüm faktı qeydə alınıb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən yayılmış gündəlik bülletendə bildirilib.

Sutka ərzində dünyada koronavirusa yoluxanların sayı 32 min nəfər artaraq 266 min 73-ə nəfərə çatıb. Sutka ərzində virusa yoluxan 1344 nəfər ölüb. Beləliklə, koronavirusa yoluxma nəticəsində ölənlərin sayı 11 min 184 nəfərə çatıb.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin