Azərbaycanda “koronavirusla mübarizə büdcə”si 1,1 milyard manatı ötür

0
8

Azərbaycanda “Koronavirusla mübarizə büdcə”si 1,1 milyard manatı ötür.

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Trend-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycanın koronavirus pandemiyası ilə mübarizə üçün mobilizasiya etdiyi məbləğ 1,1 milyard manatdan çoxdur:

“Belə ki, Prezident İlham Əliyevin göstərişi ilə Nazirlər Kabineti yanında xüsusi operativ qərargah yaradılanda, ilk dəfə 10 milyon manat vəsait ayrılıb. Hazırda Koronavirusla Mübarizəyə Dəstək Fonduna dövlət büdcəsi, hüquqi və fiziki şəxslər tərəfindən 86 milyon manatdan çox vəsait toplanılıb. Eyni zamanda Prezident İlham Əliyevin Sərəncamı əsasında pandemiyanın iqtisadiyyata təsirləri ilə mübarizə məqsədilə dövlət büdcəsindən 1 milyard manat vəsait ayrılıb. Azərbaycan ÜST-ə də qlobal səviyyədə pandemiya ilə mübarizə məqsədilə 5 milyon ABŞ dollar vəsait köçürüb.

Vüsal Qasımlı bildirib ki, Azərbaycanda 1,1 milyard manatdan çox olan “korona böhran büdcəsi”nin getdikcə böyüməsi gözlənilir. Hazırda koronavirus əleyhinə mobilizasiya olunan 1,1 milyard manat vəsait qeyri-neft ÜDM-in 2,2 faizinə çatır:

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin