Əsas səhifə KİVDF Qərbdə və Azərbaycanda vətəndaş cəmiyyəti ideyası

Qərbdə və Azərbaycanda vətəndaş cəmiyyəti ideyası

admin
2425 Oxunub

Azərbaycanda siyasi və fəlsəfi mövzuda yayılan vətəndaş cəmiyyəti ideyası ədəbiyyatda ingilis, rus və Azərbaycan dillərində məşhurdur. Sosioloji sorğular buna şahiddir ki, vətəndaş cəmiyyəti ideyası haqda müəyyən təsəvvürlər əhalinin fəal təbəqəsi, gənc tələbələr, alimlər, çox sayda siyasi fəallar, müəllimlər və sahibkarlar arasında yaranıb. Bunu da qeyd edək ki, vətəndaş cəmiyyəti haqda bilik səviyyəsinin fərqi respondentlərin bilavasitə marağı ilə və hətta təhsil səviyyəsi, siyasi maraqlarla, yaşla (bu məqamlar vacibdir) bağlıdır. Sosioloji sorğular haqda məlumatların təhlili, mətbuatın kontekst təhlili, Azərbaycan və rus dillərində olan hüquqi sənədlər, elmi və populyar nəşrlər vətəndaş cəmiyyəti ideyasının məşhurluğunu sübut edir. Lakin bu biliklər möhkəm və dərin deyil. Adətən, elmi əsərlərdə vətəndaş cəmiyyəti ideyası orta siniflərin vətəndaş şüurunun mövcudluğu ilə bağlıdır. Dəyərlər, əxlaqi təsəvvürlər, şüurun və şəxsi maraqların rolu ideyanın yayılmasında vacib deyil.
Qeyd edək ki, azadlıq və bərabərlik arasında bərabərlik üstün olur, ənənələr və yeniliklər arasında ənənə üstündür, fərdi və ümumi maraqlar arasında ümumi maraqlar daha üstündür və bunlar əsas dəyərli kateqoriyalar kimi qorunur. Təbii ki, differensiasiyaya aparan və ya differensiasiyanın əhəmiyyətinin dərkini əsaslandıran iqtisadiyyatda, siyasətdə və əxlaqda olan məqamlar hətta elmi əsərlərdə mənfi qəbul olunur. Azərbaycan alimlərinin əsərlərində vətəndaş cəmiyyətinin ideya incəliyi Aristotelin, Hegelin, K.Marksın, K.Popperin ideyalarına müraciətlə müəyyən olunur. İdeyanın liberal variantına müraciət C.Lokkun erkən liberallığın təhlili ilə bağlıdır, müasir neoliberalizm (F.Fon Hayek, L.Fon Mizes), sosioloji psixologiyanı anlayan diskurs ideyalar mənimsənilməyib.
Belə ideoloji baza buna gətirib çıxarır ki, ictimai şüur passiv fenomen kimi qəbul olunur, dövlət isə şüura intensiya verən yeganə fəal başlanğıcdır. Qeyd etmək lazımdır ki, müsəlman fəlsəfəsi Aristotel və Platonu “Dövlətin” müəllifi kimi qəbul edib, lakin onun “Qanunlar” əsərini tanımayıb. Marksizm Aristotel və Hegelə kifayət qədər dözümlə yanaşsa da, vətəndaş cəmiyyəti ideyalarının məna və dəyərliliyini anlamadı. Bizim fikrimizcə, vətəndaş cəmiyyəti ideyası Avropada vətəndaş cəmiyyətinin etatist və liberal variantı arasında diskussiya yolu ilə yayılıb, fərdiyyətçilik etikası konseptual anlayış olmayıb. Misal üçün, T.Qobbs, Hegel və K.Marks üçün vətəndaş cəmiyyəti ideyasını dövlət konsepsiyasına yazmaq vacib idi. İ.Kant isə dövlətə fərdi əxlaq və iqtisadiyyatın azadlıq və vətəndaş əxlaqı, vətəndaş inkişafı şüurunun prizmasından baxırdı. Yanaşmanın belə konseptual orientasiyasını dəyişməsi, dövləti şəxsi maraqlar konsolidasiyasının yeganə yox, vacib mexanizmi kimi qəbul etməyə imkan yaradır, hakimiyyətin hüquqi nizamlanma ideyasının dürüst ifadə olunmasına gətirir. Bu diskussiyanın mənasını anlamaq, vətəndaş cəmiyyətinin “ideal tipi” adlandırdığımız, fərdi və ictimai həyat yaradıcılığının ilkinliyi haqda ideyanın nüvəsini təyin etməyə kömək edir. Vətəndaş cəmiyyətinin “ideal tip” anlayışı cəmiyyətdə təhsil proqramları ilə translyasiya olunmalıdır. Vətəndaş cəmiyyəti “ideal tip” kimi nədir? Azərbaycan intellektuallarını bu sual ya maraqlandırmır, ya da onlar bu suala belə cavab verirlər: vətəndaşların şəxsi həyatı, şəxsi mülkiyyəti, hüquqi dövlət, vətəndaş şüuru, siyasi plüralizm. Hüquqi dövlət – demokratik dövlət seçkilər nəticəsində səs çoxluğu qazanmış hakimiyyət, konstitusiyanı qəbul etmiş dövlət və s. kimi qəbul olunur. Legitimlik problemi, çoxluğun azlığa münasibəti laqeyd qarşılanır. Azlığın rolu tabeçiliyin zəruriliyinə gətirir. Dərk edilmir ki, o, maraqların və şüurun, millətin ümumi maraqlarının bir hissəsidir. Bununla birgə bu da laqeydliyə gətirir ki, səs çoxluğu və seçkilər demokratiya üçün vacibdir, lakin onlar kifayət deyil, konstitusiyanın (qanunların) mövcudluğu hüquqi dövlət üçün vacibdir. Vətəndaş cəmiyyətinin mahiyyəti bununla aydın olur ki, bu forma deyil, institutlar deyil, başqasının azadlıq və fərdiliyini qəbul etməyi bacaran şəxsiyyət və cəmiyyətin müəyyən dəyərli şüurudur, baxmayaraq ki, onların vacibliliyini heç kəs inkar etməyəcək. Vətəndaş cəmiyyəti, bir ideya kimi, XVIII əsrdən başlamır, bir sinif kimi burjuaziyanın inkişafından başlamır, sözün müəyyən mənasında fikrin, plüral şüurun, ideya diskussiyasının fasiləli-fasiləsiz inkişafının yekunu olur. İctimai inkişafın əsasında maraqların və konfliktdə olanları məhz diskussiya yolu ilə anlamaq olar.
Vətəndaş cəmiyyətini “ideal tip” kimi müəyyən edən simvolik sözlər bunlardır: maraqların differensiasiyası, cəmiyyətin inkişafı üçün qaçılmazlığı tanıma, elmin və dinin, əxlaqın və hüququn differensiasiyası, təbii və vətəndaş əxlaqı, adət, elm və siyasət, fərdi və ictimai (dövlət) əxlaqın ikilənməsi. Qeyd edək ki, hələ C.Lokk bir-birini əvəz edən vətəndaş cəmiyyəti və dövlət məfhumlarından istifadə edib. Differensiasiya prosesləri konsensus və konsolidasiya məsələlərini, konsolidasiyada hakim prinsipin rolunu və eyni zamanda, cəmiyyətin və fərdin ifrat konsolidasiyasından müdafiə məsələlərini aktuallaşdırır. Bu aktuallıq differensiasiya çağırışlarına cavab axtarışı, siyasi iqtisadi sahələrin, hakimiyyətlərin, siyasi elitanın parçalanmasına, siyasi etikanın, vətəndaş cəmiyyəti etikasının formalaşmasına və S.Hantinqton “sağlam milliyyətçilik” adlandırdığı, biz isə müsbət milliyyətçilik adlandırdığımız “millət-dövlət” ideyasının rəsmiləşdirilməsinə gətirib çıxarır. Müasir Qərb fəlsəfəsində və siyasi fəlsəfədə məhz bu sualları vətəndaş cəmiyyəti “sahəsi” tərtib edir.
Azərbaycan intellektuallarının əsərlərinin təhlili dövlətin inkişafında iqtisadi təbəqələşmənin rolunu təsdiq edir, lakin differensiasiyalı şüurun rolu mənimsənilməyib. Vətəndaş cəmiyyətinin “rüşeymi” olan belə şüurun, bu şüurun törəmə mexanizmi olan siyasi etikanın müsbət surətini yaratmaq lazımdır. Vətəndaş cəmiyyətinin bu cür embrional şüuru maraqların birliyi və şüurun çeşidliliyini və çoxtərkibliliyini qəbul etməkdir. Avropada ancaq yeni zamanda vətəndaşların siyasət və hakimiyyətdə iştirakçı qüvvə və şəxslərlə qarşılıqlı münasibətlərin hüquqi dövlət, vətəndaş cəmiyyəti etikası və siyasi etika qayda və dəyərlərin cəmi kimi qəbul olunur. Bundan sonra biz hakimiyyətin müqəddəs xarakterini, çoxluğu və çeşidliliyi zəiflik kimi qəbul edən ənənəvi siyasi mədəniyyət anlayışından istifadə edə bilərik və çoxtərkibli vətəndaş siyasi mədəniyyət – “çoxluq-çoxluğu” mədəniyyəti, dialoq mədəniyyətini qəbul edirik (Q.Almond). Ənənəvi siyasi mədəniyyət və şüur tamamilə yox olmur, amma vətəndaş cəmiyyətində vətəndaş, aktivist, dialoji mədəniyyət tipi hakim yer tutur. Çeşidliliyi qəbul etmə mədəniyyətin vətəndaş tipinin əsas yer tutmasına qarşı ciddi addımdır. Azərbaycan mütəxəssislərinin əsərlərinin təhlili bunu sübut edir ki, onlar differensiasiya tərəfindən vətəndaş cəmiyyəti nəzəriyyəsinin əsasını təşkil etmir. Onlara bu mövqe daha yaxındır ki, dövlət adətən, iqtisadi, siyasi sahədə vətəndaşlara bir qədər azadlıq verib və vətəndaş cəmiyyətini onlar dövlət tərəfindən qəbul olunmuş bazar iqtisadiyyatında və siyasi sahədə olan azadlıq kimi müəyyən edirlər. Bazar iqtisadiyyatının özünü onlar fərdlərin həyatını əsaslı surətdə dəyişən, mahiyyəti aydın olan fenomen kimi yox, iqtisadi mexanizm kimi anlayırlar. Əsərlərin çoxunda o özündə fərdin iqtisadi azadlığı ilə dövlətin iqtisadiyyata müdaxiləsində ehtiyacı birləşdirən ideya yığımı kimi kifayət qədər primitiv görünür. Misal üçün demək olar ki, neoliberalizmlə diskurs nəzəriyyəsi (Y.Habermas) mübahisələrinin mahiyyəti bundadır ki, ümumi düzənlik insanların həyat yaradıcılığıni müəyyən edir. Siyasət, iqtisadiyyat, hətta ictimai əxlaqın özü mənfəət mövqeyindən qiymətlənmir.
Cəmiyyətə əvvəlcədən qoyulmuş məqsədlərin həyata keçmə kontekstində baxılır. Buna görə də, hər hansı bir differensiasiyanın tanınması daxili vəziyyətlərə güzəşt kimi qəbul olunur. Əxlaq və etika milli ruhun həqiqi, labüd sahəsi kimi qəbul edilir. Bu səbəbdən də milli ruhun mühafizə və özünüqoruma qabiliyyəti təsdiqlənir. Azadlıq birmənalı olaraq əxlaq və etikaya alternativdir, o əsası parçalanmayan birlik olan əxlaq və etikanın bir hissəsi deyil. Əslində güman olunur ki, belə birliyə həm siyasət, həm də iqtisadiyyat can atmalıdır. Misal üçün, alimlər çox tez-tez belə bir ifadə işlədirlər: vahid elmi siyasət, yəni vahid elmi və vahid elmdən kənar siyasət. Bu o deməkdir ki, perspektivdə bütün siyasət elmi və vahid olacaq. Ancaq siyasi differensiasiyanın məqsədi siyasəti üzə çıxarmaq deyil, hətta müxtəlif (iqtisadi) maraqların rəqib nümayəndəliyini aşkar etməkdir. Həmçinin dayanıqlılığı və sabit inkişafın birinciliyi haqqında tezisin istifadəsi tezləşir, lakin tədqiqatçılar, “sabitliyə nə aparır və nə onu dağıdır haqqında həqiqəti kim tapacaq” sualını cavabsız qoyurlar. Bu kontekstdə ciddi boşluq budur ki, sovet totalitarizmi imperiya totalitarizmi kimi, imperiya mərkəzinin diktatı kimi qəbul olunur, buna görə də Azərbaycan üçün təhlükə kimi qəbul olunmur. Azərbaycan patriarxal şüuru vətəndaş cəmiyyəti, demokratik və bazar iqtisadiyyatı institutları üçün təhlükəli deyil. Qeyd etmək lazımdır ki, belə baxışlar, təsəvvürlər, yanaşmalar kütləvi informasiya vasitələri ilə yayılır və şüurun əsasını təşkil edir…

İradə QİYASOVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə çap edilmişdir

Rəy bildir

18 − twelve =


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/itovsrms/public_html/wp-includes/functions.php on line 4609

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/itovsrms/public_html/wp-includes/functions.php on line 4609