Əsas səhifə Analitika Əhalinin və biznesin kredit borclarına hansı güzəştlər ediləcək?

Əhalinin və biznesin kredit borclarına hansı güzəştlər ediləcək?

admin
69 Oxunub

Məlum olduğu kimi Mərkəzi Bank (MB) koronavirus pandemiyası şəraitində əhalinin və biznesin dəstəklənməsi istiqamətində əlavə tədbirlər barədə qərar qəbul edib. Qərara əsasən, fiziki şəxslərə İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına verilmiş ipoteka, dövlət fondları tərəfindən verilmiş biznes kreditlərin restrukturizasiyası nəzərdə tutulur. Yəni, dövlət banklardan götürülmüş bütün növ kreditlərin ödənilməsində güzəşt rejimi tətbiq edəcək. Məqsəd pandemiyadan təsirlərindən kreditləri ödəməkdə çətinlik çəkən vətəndaşlara və sahibkarların borclarını müvəqqəti “dondurmaqdır”.

Kredit borclarına güzəştlər necə həyata keçiriləcək?
Hazırda maliyyə itkilərinə məruz qalmış sahibkarlara maliyyə dəstəyi göstərsə də, onların böyük əksəriyyətinin hələ “özlərinə gəlməsi” üçün bir neçə ay lazımdır. Biznesin böyük bir qismi  birbaşa banklarla işlədiyindən, yəni bankların kreditləri ilə hərəkət etdiyindən hər ay qazancının bir hissəsini də kredit borclarını qaytarmağa sərf edir. İndi faktiki olaraq onlar bank faizləri də  daxil olmaqla kreditləri qaytara bilmir. Ona görə də 2020-ci  il martın 1-nə keyfiyyəti qənaətbəxş olan  kredit faizləri dövlət tərəfindən subsidiyalaşdırılacaq. Sahibkarlar banklarla qarşılıqlı razılaşma əsasında həmin kreditlərin müddəti artırılacaq,  sentyabrın 30-dək ödəmə fasiləsi veriləcək. Bu güzəştlərdən Sahibkarlığın İnkişafına Dəstək Fondunun vəsaitləri hesabına verilmiş 1 milyard manat həcmində biznes kreditlərindən 10 minədək isahibkar faydalanacaq. Adi vətəndaşlar isə, yəni sahibkarlıq fəaliyyəti ilə məşğul olmayanlar  da eyni qaydada bu tədbirlərdən yararlanacaq. Belə ki, İpoteka və Kredit Zəmanət Fondunun  1,1 milyard manat həcmində ipoteka krediti üzrə 23 minədək vətəndaşa güzəşt olunacaq. Banklar cərimə faizi, dəbbə pulu və digər ödənişlərin tutmayacaq, bu da borc alan sahibkar və yaxud fiziki şəxsin kredit tarixçəsinin pisləşməsinin qarşısını alacaq. Bundan başqa, banklar öz vəsaitləri hesabına ipoteka kreditləşməsini stimullaşdırmaq məqsədilə kreditlər üzrə risk dərəcələrinin 100 faizdən 50 faizədək azaldacaq ki, bu da mühesab edilə bilər.
Hökumətin banklara təkliflərindən biri kredit faizlərinin aşağı salınmasıdır. Məqsəd iqtisadiyyatın real sektoruna daha ucuz kreditlərin verilməsini təmin etməkdir. Həmçinin, nağdsız əməliyyatlar zamanı stimullar da nəzərdə tutulur. Belə ki, sentyabrın 30-dək nağdsız bank əməliyyatları zamanı ödəniş sistemlərində banklardan tutulan xidmət haqlarının 50 faizədək endiriləcək, bank müştərilərinə göstərilən ödəniş xidmətləri üzrə tariflər də azaldılacaq.

E.CƏFƏR

Rəy bildir

11 − three =