Əsas səhifə Analitika “Atabank” və “Amrah Bank” bağlandı, daha hansı bankları təhlükə gözləyir?

“Atabank” və “Amrah Bank” bağlandı, daha hansı bankları təhlükə gözləyir?

admin
74 Oxunub

Mərkəzi Bankın (MB) İdarə Heyətinin aprelin 28-də qəbul etdiyi qərara əsasən, “Atabank” və “Amrah Bank” ASC-lərin lisenziyaları ləğv edilib. MB bu addımın atılmasını həmin bankların maliyyə vəziyyətinin pisləşməsi, likvidliklərini və etimadı itirməsi ilə səciyyələndirib. Qeyd olunduğuna görə, Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edildikdən və qanunvericiliklə müəyyən edilmiş aidiyyəti səlahiyyətlər təhvil alındıqdan sonra Mərkəzi Bank tərəfindən hər iki bankda aparılan yoxlamalar nəticəsində hər iki bankda ciddi maliyyə itkilərinə yol verildiyi, kapitallarını tam itirdiyi və müflis vəziyyətə düşdüyü aşkar edilib.
Bağlanan banklardan “Atabank”ın vəziyyəti daha qeyri-qənaətbəxş olub, bank 2019-ci ilin ortalarından faktiki  olaraq aktivlərinin pisləşməsi ilə müşahidə edilən eniş trayektoruyasına daxil olub.  “Atabank” son illərdə həddindən artıq iri həcmli riskli kreditlər verib kiŞ bu vəsaitlər faktiki olaraq təminatsız aktivlərə çevrilməyə başlayıb. İstehlak kreditləri ilə bağlı yürüdülən bu yanlış siyasət sonda arzuolunmaz hala gətirib çıxarıb. Bank vətəndaşların qoyduğu əmanətləri belə qaytarmağa gücü çatmayan, qeyri-likvid vəziyyəyə gəlib çıxıb.
Riskli kredit axınları “Amrah Bank” ASC-nin də sonunu gətirdi. Bu bank da Mərkəzi Bankın çağırışlarına məhəl qoymayaraq istehlak kreditlərinə və risk sahələrinə eninə-boyuna səpdiyi kreditləri geri yığmaqda axsayıb. Təminatsız kreditlər bankın maliyyə durumunu pisləşdirib, depozit portfelini çökdürüb, əlində nağdlaşdırılıb əmanətçilərinə veriləcək likvid pulları qalmayıb. Geri qayıtmayan həmin kreditlərə görə bank  depozit sahiblərinin qarşısında etimadını itiririb. Əmanətçilər bankdan öz depozitlərini geri çəkmək istəyəndə isə bank etimadsız durumda mövcud problemlərlə üzləşib.
“Atabank” və “Amrah Bank” bağlandı, digər bankları hansı təhlükə gözləyir?
Hazırda Mərkəzi Bank daha 2 bankda — “AGBank” və “NBCBank”ASC-lərdə də diaqnostik qiymətləndirmələr aparır.  Həmin banklara müvәqqәti inzibatçılar təyin edilən MB-nın xüsusi komissiyası yaxın müddətdə bu bankların da maliyyə vəziyyəti barədə qərarını açıqlayacaq. Həmin banklar ya konsolidasiyaya, yəni birləməyə getməli olacaq, yaxud da onlar da bağlanacaq. Məsələ onadadır ki, bank bazarında belə banklar 4 deyil, onların sayı ən azı 10-dur. Ümumiyyətlə, belə banklar ümumi bank bazarına təsiredəcək gücə malik deyil. Məsələn, ləğv edilən “Atabank” və “Amrah Bank”ın, inzibatçılara verilən  “AGBank” və “NBCBank”ASC-lərin birlikdə bank bazarında payı  təxminən 6%-ə bərabər olub. Bank sektorunda digər 7-8 bank da var ki, onların da payı ümumilikdə 8 faizdən yuxarı deyil. Deməli, 5-6 bankın da bağlanması ölkənin bank bazarına heç cür mənfi təsir edə bilməz. Yəni, 5-6 bankın bağlanması ümumi bank bazarının likvidliyinə təsir edəsi deyil. Bu, Azərbaycanın bank sektorunun likvidlik səviyyəsinin qənaətbəxşliyinə mənfi təsir göstərə bilməz. Ona görə də, bank sektorunda aparılan sağlamlaşdırma tədbirlərinin rüzgarı bəzi banklardan da yan keçməyəcək.
Artıq bank sektorunda güclü və zəif banklar daha qabarıq şəkildə özünü göstərir. Rəqabətə duruş gətirməyənlər ya bağlanmalı, ya da konsolidasiyaya getməlidir, illərdir ki, təklif edilən körpü bankı modelinin tətbiqinin vaxtıdır. Neçə ildir ki, bu prosesə çağırışı edilir, ödəmə qabiliyyətini itirməyə getdiyi halda banklar bunu qulaqrdına vurur, körpü bank təklifi onlara çatmır. Əslində Mərkəzi Bank bank bazarında maliyyə vəziyyəti yaxşı olmayan bankları dəfələrlə konsolidasiyaya dəvət edib, təminatsız kreditlərlə bağlı siyasətin arzuolunmaz hala gətirib çıxaracağını bildirib və öhdəliklərini yerinə yetirə bilməyən bankların körpü bankında birləşməsini irəli sürüb. Yəqin ki, indiki situasiya artıq bu cür bankları düşünməyə vadar  edəcək. Hazırda müştəriləri narahat edən ən ciddi məsələ “Atabank” “Amrah Bank”dakı əmanətçilərin depozitlərin taleyinin necə olacağıdır. Hər iki bank  Əmanətlərin Siğortalanması Fondunun üzvüdür, ancaq məsələ ondadır ki, həmin banklarda sığortalanmayan milyonlarla manat depozit var. Fond onların əmanətlərini qaytaramayacaq, bu, birmənalıdır. Onların əmanətini həmin banklar öz aktivlərini toplayıb qaytarmalıdır. Bunun nə qədər müddət aparacağı, aktivlərin reallaşması bəlli deyil.

E.CƏFƏR

Rəy bildir

1 × two =