Əsas səhifə Dünya Ermənistanda koronavirusdan ölənlərin sayı 40-a çatdı

Ermənistanda koronavirusdan ölənlərin sayı 40-a çatdı

admin
68 Oxunub

Ermənistanda daha 112 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər virusdan ölüb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 2 619-a yüksəlib.

Məlumata görə, ölkədə pandemiyadan ümumilikdə 40 nəfər ölüb.

Bundan başqa, indiyədək 1 111 nəfər koronavirusdan sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 646 000-i ötüb. Bunların 1 200 640 nəfəri sağalıb, 252 442 nəfəri isə ölüb.

Rəy bildir

eighteen + 10 =