Əsas səhifə Analitika Azərbaycanın böhrana qarşı “B Planı”…

Azərbaycanın böhrana qarşı “B Planı”…

admin
81 Oxunub

Plan özünü doğruldurmu?

Pandemiyanın qlobal iqtisadiyyata vurduğu zərərlərin təsirləri hələ səngiməyib və xarici şokların yeni dalğaları qarşıdakı aylarda da gözləniləndir. Bir çox ölkələr pandemiyanın bu mərhələsini adlaya bilsə də, növbəti mərhələdə hansı təlatümlərin olacağı bəlli deyil. Beynəlxalq iqtisadi institutların proqnozları da ümidverici deyil. Valyuta Fondu bədbin proqnozların üstünə daha yenisini əlavə edir. Mart ayının ilk günlərindən qlobla şokların təsirlərinə məruz qalan Azərbaycan da hazırda özünün antiböhran modelini tətbiq etməklə vəziyyətə nəzarət etməkdədir. Hökumət hələ 2 ay əvvəl  makroiqtisadi sabitlik üçün “B Planı”na keçiləcəyini bəyan etmişdi.
“B Planı” nədir və hansı əhəmiyyət daşımaqdadır?
Qlobal böhranlar zamanı bir çox dövlətlər vəziyyətə uyğun müxtəlif adekvat ssenarilər hazırlayır. Həmin planlar böhran zamanı ölkədə makroiqtisadi sabitliyin kövrəlməsinə qarşı əsas reseptlərdən biridir və böhranın təsirlərini azaltmağa, maliyyə və sosial sabitliyi ayaq üstümdə saxlamağa xidmət edir. Hər ölkənin özünün iqtisadi inkişafının drayverləri vardır və ölkəyə xarici valyuta gətirən bu strateji sahələrin zəifləməsi halında “B” planları işə düşür. Azərbaycanın xarici ticarət dövriyyəsində, milli ixracın arxitekturasında əsas sütun neft olduğundan, bu məhsulun dünya bazar qiymətinin ucuzlaşması ümumi strateji valyuta daxilolmalarına da təsir edir. Doğrudur, son illərdə qeyri-neft drayverləri də valyutatutumlu sahələr kimi xüsusi əhəmiyyət kəsb edir, ancaq etiraf etmək lazımdır ki, neft amili həm tədiyyə balansının, həm də ölkənin gəlirlərinin strukturunda əsas paya malikdir. Ehtimallara əsasən, neft 3 fərqli variantda –optimist (55-60 dollar), orta (40-50 dollar) və pessimist (35 dolar və aşağı) proqnozlar əsasında dövlətin gəlir və xərclərini müəyyənləşdirir.
Fevralda neftin qiyməti optimsit ssenarinin mümkün olmadığını təsdiqlədi. Həmin ayın ikinci yarısında isə neftin orta ssenarisnin də artıq özünü doğrultmadığı müşahidə edildi. Azərbaycan hökuməti fevral ayının ortalarından başlayaraq qlobal neft bazarının  yaxınmüddətli dövrlərdə vəziyyətini nəzərə alaraq Mərkəzi Bankla birgə pessimist ssenariyə uyğun hərəkət etməyə məcbur etdi. Neftin aşağı qiymətlərinə uyğun xüsusi ssenari olan bu plan “qara qızıl”ın 30 dollardan da ucuzlaşdığı halda işə düşür. Neftin mart ayının ilk günlərindən etibarən 30 dollardan da aşağı qiymətə satıldığını nəzərə alsaq, Mərkəzi Bankın faktiki olaraq “B Planı” hərəkətə keçirdiyini görmək olar.
Məsələ ondadır ki, Azərbaycan qlobal böhranı son 12 ildə 2 dəfə yaşayıb və şoklara qarşı immuniteti vardır. Hətta həmin böhranların hər ikisində də respublikamız kəskin neft dalğalanmları dövründə böyük həcmdə valyuta gəlirlərini itirməklə bu sarsıntılı periodu keçib, proseslərə adekvat reaksiya verməyi bacarıb. 2008-2009-cu və 2015-2016-cı illərin qlobal böhranını yəqin ki, ölkə vətəndaşlarının böyük əksəriyyəti unutmayıb, həmin dövrdə də neftin ən aşağı qiymətlərə satılması real gəlirlərin itirilməsi ilə nəticələndi, Azərbaycan müəyyən çətinliklər yaşasaq da həmin ağır vəziyyətdən çıxmağı ölkə olaraq bacardı. Həmin böhranlarda sosial təminat və infrastrukturla bağlı maliyyələşdirmədə heç bir geriləmə, problem olmadı. Büdcənin çox az qismdə investisiya layihələri təxirə salınmaqla ümumilikdə bütün xərclərin maliyyələşdirilməsi təmin edildi.
Hazırda da bu sitasiya üzrə ssenarilər onu göstərir ki, Azərbaycan özünün güclü resursları və aktivləri hesabına qlobla resessiyanın öhdəsindən layiqincə gəlməkdədir. Artıq 2020-ci ilin  4 ayı üzrə bütün öhdəliklər yerinə yetirilib, may ayı üzrə maliyyə-büdcə öhdəliklərinin təmin edilməsi yaxın günlərdə gerçəkləşəcək. Üstəlik ümumi makromaliyyə dəyəri 3 milyard manata yaxın olan Sosial Paketin bütün istiqamətləri üzrə nəzərdə tutulan tədbirlər ən kiçik detallarına qədər operativ şəkildə icra olunmaqdadır. Birdəfəlik yardımıların verilməsindən tutmuş biznes və mikrosahibkarlıq subyektləri, bank və tikinti sektorunun kreditlərinin maliyyə təminatı hər gün qrafikə uyğun tam şəkildə yerinə yetirilir. Yəni, Azərbaycan real daxili mənbələri və ehtiyat rezervləri hesabına ötən ilki ssenariyə uyğun büdcə-fiskal siyasətinin uğurla həyata keçirməkdədir. Son 2 ay ərzində neft gəlirləri olmadan və Dövlət Neft Fondunun xarici valyuta mənfəətləri qazanmadan büdcə neft transfertlərinin tamhəcmdə ödənilməsi də çevik şəkildə yerinə yetirilib. Yeri gəlmişkən, yanvar-fevral aylarına 1,3 milyard dollardan artıq gəlir əldə edən Neft Fondu, mart ayında itkilərlə üzləşsə də, 660 milyon dolar həcmində valyuta qazanıb. Aprel ayı dünya neft bazarının “ölüm ayı” olub və bütün ölkələr 14-19 dollar neft intervalında məhsul satıb, bu isə təbii ki, böyük itkilərə səbəb olub. Azərbaycanın Neft Fondu da “Azəri-Çıraq-Günəşli” yataqlarından gəlirləri cəmi 312 milyon dollar təşkil edib, xərcləri isə bundan 2 dəfə çox olub. Ancaq, ümumi büdcə köçürmələrinə baxsaq, Fondun hələ mart ayında aprel üzrə transfert payını da ödədiyini görmək olar. Eyni zamanda, fiskal orqanların – vergi və gömrük qurumlarının büdcəyə daxilolmaları normal plan üzrə icra edilib. Beləliklə, iqtisadi və sosial sahələrin bütün bölmələri üzrə indiyədək ümumi büdcə-maliyyə planlarının icrasında heç bir axsama olmayıb.
Qarşıdakı aylarda vəziyyət necə olacaq?
Hökumətin qarşıdakı aylarda 2020-ci ilin ümumi maliyyə öhdəliklərini yerinə yetirmək üçün kifayət qədər imkanları vardır. Təbii ki, pandemiyanın vergi-gömrüyün illik proqnozlarına da təsirləri mümkündür. Ən azından vergi tətilləri, güzəştlər, vergi dərəcələrinin 50 fazi aşağı salınması bir sıra tədiyyələr üzrə daxiolmalara təsir edəcək. Vergi proqnozlaşdırılna yığımların bir hissəsini biznesə bağışladığından daxilolamları azala bilər. Ancaq iqtisadiyyatın ağardılması, məşğulluğun leqallaşdırılması bu itkiləri kompensasiya edəcək. İdxal və ixracın daralması gömrüyün də ümumi planında müəyyən azalmaya səbəb ola bilər. Bununla belə, fiskal orqanların – Vergi Xidməti və Gömrük Komitəsinin qarşıdakı 8 aylıq proqnozu (4 ay tam yerinə yetirilib) təmin etməsi realdır. Neft Fondunun isə 4-5 milyard dollarlıq likvid aktivlər hesabına 2020-ci ilin ümumi büdcə-maliyyə planlarını tamhəcmdə yerinə yetirmək mümkündür.

E.CƏFƏR

Rəy bildir

two + 20 =