Əsas səhifə Dünya Dünyada koronavirusa yoluxanların sayı 4,25 milyonu ötdü

Dünyada koronavirusa yoluxanların sayı 4,25 milyonu ötdü

admin
33 Oxunub

Dünyada koronavirusdan ölənlərin sayı 286 959 nəfərə çatıb.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, ayrı-ayrı ölkələrdə koronavirusa yoluxanların ümumi sayı 4 250 574 nəfər təşkil edir. Məlumata görə, dünyada COVID-19-a yoluxmuş 1,535 milyon insan sağalıb.

ABŞ virusa yoluxma və ölüm hallarının sayına görə dünyada liderliyini davam etdirir. Birləşmiş Ştatlarda koronavirusa 1 384 974 yoluxma və 81 732 ölüm qeydə alınıb. Ölüm göstəricisi 1 milyon sakinə 247 insan düşür.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Rəy bildir

two + five =