Əsas səhifə İqtisadiyyat AMB “Standard Insurance”ın lisenziyasını ləğv edib

AMB “Standard Insurance”ın lisenziyasını ləğv edib

admin
16 Oxunub

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 19 may 2020-ci il tarixli müvafiq qərarı ilə ASC “Standard Insurance” Sığorta Şirkətinin lisenziyası ləğv edilib.

APA-Economics” bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumatda deyilir ki, AMB-nin qərarı ilə ASC “Standard Insurance” Sığorta Şirkəti kapitalını tam itirdiyinə, cari fəaliyyətini etibarlı qaydada həyata keçirmədiyinə və istehlakçılarının hüquqlarının pozulmasına yol verdiyinə görə “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.4-cü, 109.1.2-ci, 118.1.1-ci və 118.1.2-ci maddələrinə əsasən sığorta fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziya ləğv edilib. Şirkətə müvəqqəti inzibatçı təyin edilib, habelə Şirkət barəsində iflas proseduruna başlanmasına dair ərizə ilə məhkəməyə müraciət edilib.

Rəy bildir

fourteen + 19 =