Əsas səhifə Dünya Ermənistanda koronavirusdan ölənlərin sayı 74-ə yüksəldi

Ermənistanda koronavirusdan ölənlərin sayı 74-ə yüksəldi

admin
14 Oxunub

Ermənistanda daha 322 nəfərdə koronavirus aşkarlanıb, 4 nəfər ölüb.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 5 928-ya yüksəlib.

Məlumata görə, ölkədə pandemiyadan ölənlərin sayı da daha nəfər artaraq 74-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 5,1 milyonu ötüb. Bunların 2 milyon nəfərdən çoxu sağalıb, 334 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Rəy bildir

20 + 4 =