Əsas səhifə Analitika Manata inamı artırmaq üçün yeni ssenari…

Manata inamı artırmaq üçün yeni ssenari…

admin
111 Oxunub


Milli valyuta üzrə əmanətlərin faizlərinin 12-ə qaldırılması banklarda manat depozitlərinin artmasına səbəb olacaq

Məlum olduğu kimi Əmanətlərin Sığortalanması Fondu banklarda yerləşdirilmiş manat əmanətləri üzrə faizləri 2% qaldıraraq 12 faizə çatdırıb. Fond Mərkəzi Bankın son 10 gün ərzində 4 bankın lizenziyasını ləğv etdiyi bir vaxtda bu addımı atmaqla bank bazarında yaranmış gərginliyə su səpmiş olub. Yəni. Sığorta Fondu qorunan əmanətlərin banklardakı dividentlik dərəcəsinin 10%-dən 12%-ə qaldırmaqla dövlət adından bütün əmanətlərə cavabdehlik daşıdığını nümayiş etdirdi. Bu qərarın qəbul edilməsi həm də, depozitlərini geri çəkən müştərilərin panikasının hələ də səngimədiyi bir vaxtda stabilləşdirici rol oynaya bilər.
Nəzərə almaq lazımdır ki, mart ayınının əvvəllərindən etibarən bank bazarında bir sıra təlatümlər baş verməkdədir və apreldə bu dalğa aşağı düşsə də, may ayında 4 bankın bağlanması həyəcanı yenidən artırıb. İlk növbədə, neftin kəskin ucuzlaşması və manatın məzənnəsinə təzyiqlərin artması panika yaradıb və dolların bahalşmamasına baxmayaraq, bu təşviş hələ də səngiməyib. İkinci faktor isə, bir çox bankın həddindən artıq problemli kreditlərlə yüklənməsi səbəbindən likvidliyini itirməsi və təminatsız kreditlərə görə, vətəndaşların əmanətlərinin sual altına düşməsidir. Bunu bağlanan 4 bankın timsalında gördük və məsələ ondadır ki, hələ 5-6 bankın da belə bir problemlərlə üzləşməsi istisna deyil. Doğrudur, dövlət banklardakı qorunan əmanətləri son qəpiyinə qədər qaytaracaq və bu, birmənalıdır. Ancaq bununla belə, əksər hallarda əhali yenə də riskləri nəzərə alaraq banklardakı əmanətlərini saxlamaqdansa, geri çəkib nəyəsə xərcləməyi, yaxud dollara çevirib yastıq altında saxlamağı üstün tutur. Bütün bu amillər son nəticədə manat depozitlərinə ciddi zərər vurur. Bunun nəticəsi son 2 ayda kommersiya banklarındakı əmanətlərinin həcminin azalması ilə səciyyələndirilə bilər. Bu müddətdə banklardakı əmanətlərin həcmi 164,3 milyon manat azalıb.
Göründüyü kimi depozit portfelinin azalması tendensiyası davam edir və bu, bankların yığım portfelinə ciddi təsir edir. Çünki bankların əsas gəlir mənbələrindən biri vətəndaşlardan cəlb etdiyi əmanətlərdir. Ona görə də, bank icması müştəriləri itirməmək üçün daha sərfəli şərtlərlə onların qarşısına çıxmaq ssenariləri üzərində işləməyə başlayıb. Azərbaycan Banklar Assosiasiyasının təşəbbüsü əsasında kommersiya banklarının müraciəti hökumətə ünvanlanıb və Əmanətlərin Sığortalanması Fondu bu xahişi müsbət qarşılayıb. Beləliklə, banklarda yerləşdirilmiş manat əmanətləri üzrə faizlər 2% artırılaraq 12 faizə çatdırılıb.
Yeni əmanət faziləri bank bazarında hansı dəyişikliklərə səbəb ola bilər?
İlk öncə nəzərə almaq lazımdır ki, 12 faizlik depozit cəlbi dividentlilik baxımından çox sərfəli faizdir və demək olar ki, dünya ölkələri üzrə ən yaxşı göstəricilərdən biridir. Bu faiz dəhlizi indiki şəraitdə manatla yerləşdirilən əmanətlərin yığım cəlbediciliyini artırmaq üçün xeyli yetərlidir. Faiz dərəcəsinin yüksəlməsi manatla vəsaitləri vətəndaşları banklara daha çox əmanət qoymağa sövq edə bilər. Çünki dollar və avro üzrə faizlər 2-dir və bu, heç bir halda sərfəli deyil. 12 faizlik manat depozitləri qorunan əmanətlər olduğundan insanlarda bu növ əmanətlərə həvəs yaranır. Bu isə bankların öz aktivlərini artırmaqda mühüm rol oynaya bilər.
Hökumət manatla depozitlətlərin cəlb edilməsini stimullaşdırmaq üçün əmanətlərdən tutulan gəlir vergisini də ləğv edib və bu güzəştlər də yığımlara müəyyən dərəcədə müsbət təsir edəcək. Qeyd edək ki, il ərzində əhalinin banklardakı əmanətlərindən əldə olunan dividentlərin ümumi həcmi təxminən 400- 500 milyon manat təşkil edir. Həmin gəlirlərə vergi tətbiq olunsa il ərzində təxminən 50- 60 milyon manat dövlət büdcəsinə əlavə vəsait daxil ola bilər. Ancaq dövlət banklardakı manat depozitlərinin etibarlılığını qorumaq üçün vergi güzəştlərinin uzadılmasına qərar verib və bu addım bankların kapitallaşmasına şərait yaratmaqla yanaşı, əhalinin dividend əldə etmək imkanlarını da stimullaşdırır.

E.CƏFƏR

Rəy bildir

one × 2 =


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/itovsrms/public_html/wp-includes/functions.php on line 4609

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/itovsrms/public_html/wp-includes/functions.php on line 4609