Əsas səhifə Dünya Dünyada koronavirusa yoluxanların sayı 6 milyonu ötdü

Dünyada koronavirusa yoluxanların sayı 6 milyonu ötdü

admin
27 Oxunub

Dünyada koronavirus infeksiyasına yoluxan 2 655 258nəfər sağalıb, 366 284 nəfər isə koronavirusun yaratdığı xəstəlikdən ölüb.

“Report” xəbər verir ki, indiyədək 6 019 977 nəfərə COVID-19diaqnozu qoyulub.

Ən çox yoluxma halları ABŞ (1 791 679), Braziliya (465 166) və Rusiyada (387 623) qeydə alınıb.

Hazırda dünyada 2 998 435 nəfər aktiv koronavirus xəstəsi hesab edilir. Onlardan 53 757 nəfərin vəziyyəti ağırdır.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Rəy bildir

3 × two =