Əsas səhifə İqtisadiyyat “Brent” neftinin qiyməti 41 dolları ötdü

“Brent” neftinin qiyməti 41 dolları ötdü

admin
29 Oxunub

OPEC+ ölkələri nazirlərinin görüşünün sabah keçirilməsinin planlaşdırılması ilə bağlı xəbərlərdən sonra dünya bazarında neft bahalaşmaqdadır.

“Report” xəbər verir ki, Bakı vaxtı ilə saat 14:40-a olan məlumata görə, Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin avqust fyuçerslərinin bir barelinin qiyməti 2,98% artaraq 41,18 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun “Nymex” əmtəə birjasında WTI markalı neftin iyul fyuçerslərinin bir barelinin qiyməti 2,35% artaraq 38,29 ABŞ dolları olub.

Rəy bildir

6 + 4 =