Əsas səhifə Dünya Gürcüstanın baş naziri istefası barədə xəbərlərə münasibət bildirdi

Gürcüstanın baş naziri istefası barədə xəbərlərə münasibət bildirdi

admin
22 Oxunub

Gürcüstanın baş naziri Giorgi Qaxaria son zamanlar istefası barədə yayılan xəbərlərə münasibət bildirib.

“Report”un yerli bürosu xəbər verir ki, o, bu cür informasiyaların kimin və nə məqsədlə yaydığının ona maraqlı olmadığını bildirib.

Hökumət başçısı deyib ki, hansı vəzifə tutacağı onun üçün əhəmiyyətli deyil: “Hökumətdə, hökumət başçısı və ya fermer olsam da, hər yerdə öz vəzifəmi yerinə yetirəcəyəm”.

Qeyd edək ki, qonşu ölkənin bəzi müxalif media qurumları G.Qaxarianın iyunun 20-də artıq baş nazir vəzifəsindən gedəcəyi barədə məlumatlar yayıb. 

Rəy bildir

nineteen − 15 =