Əsas səhifə Cəmiyyət AZAL “Belavia” aviaşirkətinin marketinq tərəfdaşı oldu

AZAL “Belavia” aviaşirkətinin marketinq tərəfdaşı oldu

admin
192 Oxunub

“Azərbaycan Hava Yolları” QSC (AZAL) iyulun 10-dan 31-dək həyata keçiriləcək Bakı-Minsk marşrutu üzrə reyslərdə “Belavia” Belarusiya aviaşirkətinin marketinq tərəfdaşı oldu.

 Bu barədə “Report”a AZAL-dan bildirilib. 

Məlumata görə, uçuşların tezliyi həftədə iki dəfə – cümə və bazar günləri olmaqla ümumilikdə yeddi reys yerinə yetiriləcək.

Aviabilet satışı həm Milli aviadaşıyıcının www.azal.az saytında, həm də “Belavia” aviaşirkətinin www.belavia.by saytında həyata keçiriləcək.

Bakı-Minsk reysi ilə Belarus Respublikasına giriş hüququ olan sərnişinlər daşınacaq. Minskdən transfer reysi ilə üçüncü ölkəyə gedən sərnişinlər təyinat ölkəsinin giriş qaydalarına əsasən reysə buraxılacaq.

Rəy bildir

5 × 1 =


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/itovsrms/public_html/wp-includes/functions.php on line 4609

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/itovsrms/public_html/wp-includes/functions.php on line 4609