Əsas səhifə Cəmiyyət Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb

Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb

admin
858 Oxunub

Bəzi internet resurslarında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kiçik qızı Arzu Əliyevanın adından sosial şəbəkədə yayılmış müraciətdə, guya istifadəçilərə hərbi məsələlərlə bağlı paylaşım etməməyə çağırışlar yer almışdır.

Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin məlumatından APA-ya bildirilib ki, aparılmış ilkin araşdırmalarla qeyd olunan məlumatların saxta profillərdən istifadə edilməklə ictimai rəyi çaşdırmaq və sensasiya naminə yayımlandığı və belə məlumatların Arzu Əliyevaya heç bir aidiyyətinin olmadığı müəyyən edilmişdir.

Bildiririk ki, hazırda sosial şəbəkələrdə bu cür təxribat xarakterli paylaşımları edən şəxslərin müəyyənləşdirilməsi və barələrində qanuna müvafiq tədbirlərin görülməsi üçün fəaliyyət davam etdirilir.

Rəy bildir

16 − seven =


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/itovsrms/public_html/wp-includes/functions.php on line 4609

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/itovsrms/public_html/wp-includes/functions.php on line 4609