Əsas səhifə Siyasət PA rəhbəri: “İran Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir”

PA rəhbəri: “İran Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir”

admin
228 Oxunub

“Müxtəlif gərginliklərdə başqa ölkələrin milli suverenliyi və ərazi bütövlüyünü dəstəkləmək İranın rəsmi mövqeyidir”.

“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İran Prezident Administrasiyasının rəhbəri Mahmud Vaizi Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə telefonla danışığında bildirib.

M.Vaizi pandemiya dövründə Tehran-Bakı əlaqələrini ortaq maraqlar çərçivəsində inkişaf etdirmək üçün daha çox fəaliyyət göstərməyin vacib olduğunu vurğulayıb.

O, İran və Azərbaycan arasındakı yaxşı münasibətlərin bölgədəki ölkələr üçün nümunə olduğunu da qeyd edib:  “Qarşılıqlı əlaqələri inkişaf etdirmək üçün iki ölkədəki potensiallardan istifadə edilməsi vacibdir”.

Rəy bildir

seventeen − 15 =


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/itovsrms/public_html/wp-includes/functions.php on line 4609

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/itovsrms/public_html/wp-includes/functions.php on line 4609