Əsas səhifə Dağlıq Qarabağ Ermənilər Tovuz istiqamətində atəşkəsi yenidən pozublar

Ermənilər Tovuz istiqamətində atəşkəsi yenidən pozublar

admin
824 Oxunub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 38 dəfə pozub.

APA Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Ermənistan Respublikası Berd rayonunun Ayqepar və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Rəy bildir

seventeen − four =


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/itovsrms/public_html/wp-includes/functions.php on line 4609

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/itovsrms/public_html/wp-includes/functions.php on line 4609