Əsas səhifə Analitika Bağlanmış banklarda bəxti bağlanan vəsaitlər …

Bağlanmış banklarda bəxti bağlanan vəsaitlər …

admin
458 Oxunub

Konstitusiya Məhkəməsi bütün pulların geri qaytarılmasını tələb edir, ancaq…

Avqustun 14-dən etibarən blok olunmuş 62 milyon manat əmanətin qaytarılmasına başlanılmalıydı. Bura “Atabank”, “NBCBank” və “AGBank”-da təshih tədbirlərinin təsirinə düşən əmanətlərin qaytarılması, eləcə də ləğv prosesində olan “ATABank” ASC-nin əmanətçilər qarşısında öhdəliklərinin reyestrində səhvən qorunmayan əmanət kimi qeydə alınan əmanətlər daxildir. Belə ki, ötən həftə Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərara əsasən, ləğv prosesində olan “AtaBank” ASC, “NBCBank” ASC və “AGBank” ASC-də təshih tədbirlərinin tətbiqindən sonra qəbul edilmiş, həcmi artırılan və şərtləri dəyişdirilən əmanətlər qorunan əmanət hesab edilib , reyestrdə səhvən qorunmayan əmanət kimi qeydə alınan əmanətlər üzrə bank əmanəti müqaviləsi əmanətçinin əmanəti banka verdiyi andan bağlanan sayılması və ilkin müqavilə kimi qəbul olunması müəyyənləşib. Beləliklə, ölkənin ən ali məhkəmə institutunun bu qərarından sonra blok olunmuş əmanətlərin qaytarılması mütləq qaydada həyata keçirilməldir.
Problem ondadır ki, banklarda təkcə bloklanan deyil, digər depozitlərin qaytarılması da illərdir ki, müşkülə düşüb. Məlum olduğu kimi blokalanan əmanətlər 30 min manatdan artıq məbləğində olan əmanətlərdir. Həmin əmanətlər qanunla müəyyən edilmiş qaydalara uyğun sığorta edilməsinə baxmayaraq, Əmanətlərin Sığortalanması Fondu (ƏSF) bu pullara da blok qoyur. Hazırda faktiki olaraq ləğv edilmiş banklarda 2000-3000 mnanat depoziti və yaxud hesabda pul olan vətəndaşlar var ki, onlar da pullarını geri ala bilməyiblər.
Ötən illərdə bağlanmış bir sıra bankların əmanətçilərin və həmin banklarda hesabları olan vətəndaşların borclarının qaytarılmaması problemin hələ də qaldığını təsdiqləyir. Məsələn, 2016-cı ildə bağlanmış “Bank Standard”da, “Texnikabank”da və başqalarında illərdir ki, ləğv prosesi getsə də, əmanətlərin tam qaytarılması təmin edilməyib. Ləğv prosesində olan 15 bankın hamısının təkcə əhaliyə ödəyəcəyi 1 milyard manatdan çoxdur. Amma orada sahibkarların da pulları var, burada isə söhbət bir neçə milyard manatdan gedir. Eyni zamanda, lisenziyası 2017-cı ildə ləğv edilmiş “DəmirBank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların verilməsi başa çatsa da, digər depozit sahiblərinin, eləcə də, həmin bankda hesabları olan insanların vəsaitlərinin ödənilməsi hələ də yekunlaşmayıbdır. Məlum olduğu kimi “DəmirBank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların geri ödənilməsi üçün agent-bank qismində “KapitalBank” ASC seçilib. Bank tərəfindən indiyə qədər 45 milyon manatdan artıq qorunan əmanətlərin qaytarılması təmin edilib. Ancaq bank hesabları olan vətəndaşların vəsaitlərinin geri qaytarılması təmin edilməyib. Qeyd edək ki, vətəndaşın bank hesabında olan vəsait də qorunan əmanət hesab edilir və “Əmanətlərin sığortalanması haqqında” qanunla müəyyən edilmiş məbləğdə Fond tərəfindən kompensasiya olunur. Sığorta hadisəsi baş verdikdə, yəni, bank məcburi ləğv edildikdə və ya müflis elan olunduqda kompensasiya ödənişi Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi qaydalar üzrə tam sığortalanır və tam kompensassiya olunur. Qeyd edək ki, vətəndaşın bank hesabında olan vəsait də qorunan əmanət hesab edilir və “Əmanətlərin sığortalanması haqqında” qanunla müəyyən edilmiş məbləğdə Fond tərəfindən kompensasiya olunur. Sığorta hadisəsi baş verdikdə, yəni, bank məcburi ləğv edildikdə və ya müflis elan olunduqda kompensasiya ödənişi Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi qaydalar üzrə tam sığortalanır və tam kompensassiya olunur. Ancaq Fond bir neçə ildir ki, sahibkarlıq subyektləri hesab edilən bir sıra fəaliyyət sahələri təmsilçilərinin banklardakı hesablarındakı pulları qorunan əmanət kimi tanımır, o cümlədən “DəmirBank” ASC-nin cari hesablarında olan vəsaitlərin ödənilməsindən imtina edilir. Fond bunu bank qanunvericiliyinin tələbi ilə əsaslandırmağa çalışır və banklarda hesab açılmasını iş adamlarının şəxsi seçimləri kimi dəyərləndirir. Əmanətlərin Sığortalanması Fondu ilk növbədə qorunan əmanətləri qaytarmağa, sonra qanunvericiliyə əsasən növbəlilik prinsipi üzrə, yəni vəsaitlər olduqca həmin pulların geri qaytarılacağına zəmanət verdiyini bildirir. Təbii ki, bu hallar ziddiyətlər yaradır və narazılıqların böyüməsinə səbəb olur. Halbuki Konstitusiya Məhkəməsinin ötən illırdə çıxardığı bir neşə qərarda da bütün vəsaitlərin geri qaytarılması nəzərdə tutulubdur. Həmin qərardan sonra Əmanətlərin Sığortalanması Fondu 2020-ci il ərzində “Dəmirbank” ASC-nin qorunmayan əmanətləri və digər borcları üzrə ödənişlərə başlanmasına da niyyətini açıqlayıb. Ancaq yenə də bu qərar icra edilmir. Konstitusiya Məhkəməsinin avqustun 14-də çıxardığı son qərar isə birmənalı şəkildə bu bankdakı bütün əmanət və hesablardakı vəsaitlərin geri qaytarılması üçün hüquqi baza yaradır. Bu qərar müflis olan banklardan biri “Dəmirbank” ASC-nin əmanətlərin və faizlərin hesablanaraq geri qaytarılmasına əsaslar verir. Eyni zamanda, bankdakı bütün borcların ödənilməsinə zəmanət deməkdir.
Sual yaranır, niyə ən yüksək instansiyalarda bağlanmış bankların əmanətlərinin geri qaytarılması barədə müvafiq qərarlar çıxarıldığı halda vətəndaşların halal pulları özlərinə qaytarılmır?
Burada bir neçə məqamı nəzərə almaq lazımdır. Burada əsas problem bank sektorunda, xüsusilə də, əmanətlərin restruktirizasiya və qaytarılması mexanizminin təlmil olmamasıdır. Bu sahədə şəffaflığın, nəzarətin olmaması, əmanətlərin tam qaytarılmaması, problemin həllində kreditorların prosesdən kənarda saxlanması da mövcud vəziyyətin yaranmasında əsas səbəblərdəndir. Nəzərə alsaq ki, son illərdə ölkə üzrə 15-dən çox bank ləğv prosesindədir və bu tip bankların hamısında problemlər oxşardır. Reallıq odur ki, Əmanətlərin Sığortalanması Fondu bankların ləğvi və əmanətlərin qaytarılması prosesinə tam nəzarət edə bilmir. Bu sahədə yeni meyarlara ciddi ehtiyac var, bu prosesə digər qurumlar cəlb edilməldir, kreditorlar komitələri təsis edilməlidir.

E.CƏFƏR

Rəy bildir

five × two =