Əsas səhifə Analitika 2021-ci ilin büdcəsi: Yeni çağırışlara uyğun təmkinli maliyyə sənədi

2021-ci ilin büdcəsi: Yeni çağırışlara uyğun təmkinli maliyyə sənədi

admin
71 Oxunub

Məlum olduğu kimi Maliyyə Nazirliyi 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərini açıqlayıb. Sənədə əsasən, növbəti ilin büdcəsinin gəlirləri 24 milyard 327 milyon manat məbləğində proqnozlaşdırılır. Bu, 2020-ci ilin dürüstləşdirilmiş büdcəsinə nisbətən (2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş gəlirləri 24 milyard 124 milyon manat)  203 milyon manat (1faiz) çoxdur. Gəlirlərin 57,3 faizi  və ya 13 950  milyon manatı neft sektorunun, 42,7 faizi vəya  10 377,0 milyon manatı qeyri-neft sektorunun payına düşür. Neft sektoru üzrə büdcə gəlirlərinin  87,5  faizini  və ya 12 200 milyon manatını Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert, 12,5 faizini  vəya  1750 milyon manatını vergi orqanlarının xətti ilə neft  sektorundan  daxilolmalar  təşkil edir. 2021-ci  il üçün icmal və dövlət büdcəsinin  gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti daha mühafizəkar yanaşma əsasında 35 ABŞ dollarına bərabər götürülmüşdür.
Büdcə gəlirlərində ən çox diqqət çəkən məqamlardan biri gələn il neft gəlirlərinin, daha doğrusu Dövlət Neft Fondunun transfertlərinin üstün saxlanılmasıdır. Belə ki, hökumət ölkə iqtisadiyyatının bərpası və gələcək inkişafının təmin edilməsi üçün 2021-ci ildə Dövlət Neft Fondundan transfertin məbləğini 2020-ci ilin dürüstləşmiş büdcəsində olan səviyyədə, yəni 12,2 milyard manat həddində saxlamağı nəzərdə tutur. Əslində bu siyasət tam məntiqlidir və pandemiyanın hələ 2021-ci ildə də davam edəcəyini və qlobal bazar risklərini nəzərə alsaq hökumətin bu cür təmkinli və ehtiyatlı addım adtmasını başa düşmək olar. Təbii ki, əgər pandemiya olmasaydı, gələn il fonddan bu il üçün proqnozlaşdırılandan daha az vəsait götürüləcəkdi. Lakin pandemiyanın yaratdığı çətinliklər buna imkan vermir və hökumət ehtiyatlı davranmaqda haqlıdır. Eyni zamanda, gələn il fiskal orqanların – vergi və gömrüyün gələn il qeyri-neft yığımları üzrə artım əldə etməsi çətindir, bu baxımdan azalan büdcə gəlirləri fonunda zəruri büdcə xərclərinin maliyyələşdirilməsi və bununla da büdcənin gəlir və xərclərinin ahəngdarlığının qorunması məqsədilə neft transfertləri üzrə maliyyələşdirilmə düzgün siyasi qərardır.
Onu da nəzərə almaq lazımdır ki, hökumət gələn il dünya iqtisadiyyatı və ölkədəki ssenarilərə uyğun olaraq Dövlət Neft Fondunun aktivlərinin iqtisadi təhlükəsizliyi təmin edən səviyyədə qorunması hədəfi istiqamətində dövlət  büdcəsinə transfertin  mərhələli şəkildə azaldılmasını da istisna etmir. Yəni, 2021-ci ilin sonlarından və 2022-ci ildən başlayaraq azalan neft gəlirlərinin qeyri-neft sahəsindən əldə olunan gəlirlərlə əvəz edilməsi  hədəflənir. Qeyri-neft  sektoru  üzrə gömrük  və vergi  güzəştləri,  sahibkarlara  dövlət dəstəyi  tədbirlərinin  davam  etdirilməsi,  kölgə iqtisadiyyatının azaldılması istiqamətində görülən işlər ortamüddətli  dövrdə büdcə gəlirlərində qeyri-neft gəlirlərinin payının ardıcıl artmasını şərtləndirəcəkdir. Bu halda Neft Fondunun tarnsfertləri yenidən azaldılacaqdır.
2021-ci ildə dövlət büdcəsinin xərcləri 25 847,5 milyon manat məbləğində proqnozlaşdırılır. Bu, 2020-ci ilin dürüstləşdirilmiş büdcəsinə nisbətən (2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş xərcləri 27 milyard 492,2 milyon  manat) 355 milyon manat (1,5 faiz) çöxdur. Xərclərin 18 106,6 milyon manat və ya 70,1 faizini cari xərclər, 5 389,1 milyon manat və ya 20,8 faizini əsaslı xərclər, 2 351,8 milyon manat və ya 9,1 faizini dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər təşkil edir. Dövlət büdcəsi daxilolmalarının sektorlar üzrə bölgüsü – Qeyri-neft sektoru üzrə daxilolmalar 42 %, Neft sektoru üzrə daxilolmalar 57.3 %.
2021-ci  ilin  dövlət  büdcəsini əsas  səciyyələndirən  xüsusiyətlərindən  biri sosialyönlü xərclərin ümumi büdcə xərclərində xüsusi çəkisinin 42 faiz təşkil etməsidir. Bu da hökumətin gələn il sosial sahələrə xüsusi diqqət ayıracağını, bir sıra sosial ödənişlərin məbləğinin artırılacağını söyləməyə əsas verir. COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinin 2021-ci  ildə də davam  etdirilməsi  ilə bağlı xərclərin maliyyələşdirilməsi üçün 600 milyon manat məbləğində vəsait proqnozlaşdırılmışdır.
Dövlət borcuna xidmət xərcləri üçün 2021-ci il dövlət büdcəsində 2.351,8 milyon manat məbləğində vəsait nəzərdə tutulmuşdur. Qeyd olunan vəsaitin 1.787,3 milyon manat məbləğində hissəsi birbaşa xarici dövlət borcuna xidmət xərclərinə, 417,4 milyon manat məbləğində hissəsi bir sıra dövlət müəssisələri  tərəfindən dövlət zəmanəti ilə cəlb olunmuş öhdəliklərin təmin olunmasına, yerdə qalan 147,0 milyon manat məbləğində hissəsi isə daxili dövlət borcuna Makroiqtisadi sabitliyin təmin olunması və həyata keçirilən iqtisadi islahatlar, dollarlaşma meyllərinin səngiməsi və sair digər amillər nəzərə alınaraq, 2021-ci il üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,70 səviyyəsində götürülüb. Yəni, banklarda manat əmanəti olanlar rahat ola bilərlər, dolların bahalaşmasından sphbət gedə bilməz. Dolların sabit qalması həm də inflyasiya səviyyəsinin tənzimlənməsinə imkan verəcək, yəni bazarda qiymətlərin bahalaşamsı üçün heç bir əsas olmayacaq. Bu isə istənilən halda əhalinin sosial rifah göstəricilərində müsbət təsir göstərəcək.
Gələn il dövlət büdcəsinin kəsiri təxminən ÜDM-in 4,9 faizi həcmində olacaq. Yəni büdcə hazırda dürüstləşdirmə nəticəsində artmış 2 faizlə birlikdə mövcud səviyyədə saxlanılacaq. Bəziləri büdcə kəsinin artmasını az qala təhlükəli tendensiya kimi şərh edir, bunun bağlanmasında hökumətin ciddi çətinliklərlə üzləşəcəyini qeyd edirlər. Əslində, bu, heç də belə deyil. İlk olaraq onu vurğulamaq lazımdır ki, dövlət büdcəsinin kəsiri birbaşa pandemiya ya bağlıdır. daxili bazarlarda neft məhsullarına tələbatın azalması, həmçinin bir sıra vergilər üzrə güzəştlərin tətbiqi ilə əlaqədardır. İndiki iqtisadi və sosial reallıqlar baxımından etmək mümkündür. Çünki büdcə kəsiri beynəlxalq təcrübəyə əsasən, ÜDM-in 35-40 faizindən çox olduqda təhlükəli vəziyyət yaranır. Ölkəmizdə bu göstərici cəmi 5 faizdən də az təşkil etməklə həmin təhlükəli həddən 7-8 dəfə aşağıdır.
Yeni iloin büdcəsində ən mühüm məqamlardan biri büdcə şəffaflığına xidmət edən siyasətin gücləndirilməsidir. Son illərdə dövlət maliyyə idarə edilməsində şəffaflığın və hesabatlılığın artırılması, ictimaiyyətin və vətəndaş cəmiyyəti institutlarının büdcə proseslərində iştirakının genişləndirilməsi istiqamətində atılan əhəmiyyətli addımların davamı kimi gələn il dövlət xərclərinin səmərəliliyinin və ünvanlılığının artırılmasına imkan verən yeni xərc maddələri tətbiq olunacaq. Belə ki, nəticə əsaslı büdcə tərtibi mexanizminə keçid çərçivəsində 2021-ci ildən başlayaraq ilk olaraq üç pilot sektorda (təhsil, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi) Ortamüddətli Xərclər Çərçivəsinin (OMXÇ) tətbiqi həyata keçirilməkdədir. Qeyd edilən pilot sektorlar üzrə hazırlanmış sektor strateji planlarda strateji hədəflər, bu hədəflərə çatmaq üçün həyata keçiriləcək proqram, subproqram və tədbirlər, o cümlədən həmin tədbirlərin icrası üçün sərf edilən maliyyə vəsaitinə nəzarətin gücləndirilməsinə, nəticəəsaslılığının ölçülməsinə və qiymətləndirilməsinə imkan verən monitorinq göstəricləri tətbiq olunacaqdır. Bu isə qeyd olunan hər 3 sahədə büdcənin vəsaitlərinin mənimsənilməsinə cəhdlərin tamamilə qarşınını alınmasına səbəb olacaqdır.
Onu da qeyd edək ki, hazırda büdcə layihələri üzrə göstəricilər Maliyyə Nazirliyinin hazırladığı ilkin parametrlərdir. Belə ki, büdcə prosesinin növbəti mərhələlərində qanunvericiliyə əsasən icmal və dövlət büdcəsinin layihələri Maliyyə Nazirliyi tərəfindən  Nazirlər Kabinetinə təqdim edilir. Nazirlər Kabineti öz növbəsində həmin layihələrə baxaraq Azərbaycan Prezidentinə təqdim edir. Azərbaycan Prezidenti tərəfindən layihələrə baxıldıqdan sonra onlar Milli Məclisə təqdim edilir və həmin sadalanan hər bir baxış mərhələsində icmal və dövlət büdcəsi layihələrinə dəyişikliklərin edilməsi mümkündür.

E.CƏFƏR

Rəy bildir

4 × 4 =