Əsas səhifə Analitika İqtisadi Şura – yeni iqtsadi hədəf və məqsədlərin ünvanı

İqtisadi Şura – yeni iqtsadi hədəf və məqsədlərin ünvanı

admin
42 Oxunub

Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmana əsasən, Azərbaycanda yeni qurum – İqtisadi Şura yaradılıb. Şura tərəfindən ölkədə makroiqtisadi sabitliyin qorunması və sosial-iqtisadi inkişafın sürətləndirilməsi məqsədilə qlobal və milli iqtisadiyyatda, o cümlədən fiskal və monetar sektorlarda, həmçinin maliyyə-bank sektorunda baş verən proseslər öyrənilməklə cari və ortamüddətli dövr üçün iqtisadi siyasətin formalaşmasına, habelə ölkə iqtisadiyyatında yarana biləcək daxili və xarici təsirlərin qarşısının alınmasına yönəlmiş qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə həyata keçiriləcək islahatların və iqtisadi siyasətin istiqamətinin müəyyən edilməsi nəzərdə tutulur.
İqtisadi Şura ölkəmizdə davam etidirilən müasir iqtisadi islahatlara yeni yanaşma və baxış, yeni hədəf və məqsədləri özündə ehtiva edir. Məlum olduğu kimi son illərdə dünya iqtisadiyyatında potensial iqtisadi artım templərinin aşağı düşməsi, qlobal maliyyə sabitliyinin zəifləməsi, ilin əvvəllərindən başlanan koronavirus pandemiyası və hazırda davam edən qlobal təlatümlər milli iqtisadiyyat quruculuğu prosesində yeni strateji hədəfləri meydana çıxarmışdır. Dünya iqtisadiyyatında baş verən ağır resessiyalar, neqativ  meyllər və xüsusilə də enerji bazarlarında baş verən kəskin təlatümlər qlobal iqtisadiyyatın bir parçası olan Azərbaycan qarşısında da bir sıra mühüm çağırışları meydana çıxarmışdır. Hazırda davam edən böhran həm də iqtisadi həyatımızda yeni normalar, yeni davranışlar formalaşdırır, eyni zamanda postpandemiya dövründə inkişaf üçün yeni imkanlar açır, yeni sahələrin inkişafı üçün münbit şərait yaradır. Ölkəmiz panpostpandemiya dövründə iqtisadi  aktivliyin bərpası və hərəkətlilyinin, qeyri-neft iqtisadi resurslarına əsaslanan iqtisadi artımın təmin edilməsi üçün müasir milli inkişaf modelinin hazırlanması və tətbiqi əsas çağırışlar kimi qarşıda durur. Bu baxımdan həmin ssenariləri hazırlamaq və həyata keçirməkdə Şuranın üzərinə böyük məsuliyyət düşür.
Onu da nəzərə almaq lazımdır ki, indiyə qədər fəaliyyət göstərmiş Maliyyə Sabitliyi Şurası ilə müqayisədə yeni qurumun- İqtisadi Şuranın hədəf və məqsədləri daha əhatəli, çoxşaxəlidir. Bunu bu quruma iqtisadi və sosal sahə üzrə kadr və mütəxəssislərin cəlb edilməsi də təsdiqləyir. Müstəqil Azərbaycanın yeni inkişaf tarixində müstəqil yerli mütəxəsislərin və beynəlxalq ekspert və qurumların İqtisadi Şuraya cəlb edilməsi mühüm hadisədir. Bu, sosial-iqtisadi inkişaf strategiyasının formalaşdırılmasında birgə fəal iştirakını və koordinasiyalı fəaliyyətini nəzərdə tutan cəmiyyətə yeni açılımdır. Bir sıra ölkələrdə, ABŞ, Sinqapur, Çində buna oxşar iqtisadi tədqiqat qurumları var, bu baxımdan Şuranın üzvləri, müstəqil və yeni iqtisadi nəsilin nümayəndələri onların təcrübəsini araşdırıb əhatəli təhlil aparıb ortaya mükəmmək iş qoymaq fürsətinə malikdir. İnanmaq lazımdır ki, İqtisadi Şura islahatçı fəaliyyəti ilə seçiləcək, Azərbaycanın biznes mühiti, investisiyalar, iqtisadi reytinqlər və sahələrdə yaxşı nəticələrə nail olunmasında təsirli rol oynaycaq.

E.CƏFƏR

Rəy bildir

10 + fourteen =