Əsas səhifə Cəmiyyət Qurban Məmmədov Türkiyədə saxlanıldı

Qurban Məmmədov Türkiyədə saxlanıldı

admin
39 Oxunub

Beynəlxalq axtarışda olan Qurban Məmmədov Türkiyədə saxlanılıb.

Trend-in məlumatına görə, bu barədə Q.Məmmədovun oğlu Qoşqar Məmmədov deyib. O qeyd edib ki, atası ilə bütün əlaqələri kəsilib: “Qurban bəyin bu Türkiyə səfəri barədə İngiltərə polisinin və başqa bir neçə beynəlxalq təşkilatın xəbəri olub. Türkiyədə saxlanıldığı yerdən başqa bir yerə köçürüləcəyini deyib xüsusi təyinatlı polislərdən ibarət bir qrupla harasa aparıblar, yanlarında olan yaxın yoldaşımız hər nə qədər çalışsa da, Qurban bəyin haraya aparıldığını öyrənə bilməyib”.

Qeyd edək ki, Q.Məmmədov və digər şəxslər Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 və 12.1, 34.2, 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər, Baş Prokurorluğun təqdimatı əsasında Nəsimi Rayon Məhkəməsinin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Rəy bildir

eighteen − ten =