Əsas səhifə Dağlıq Qarabağ Rusiya səfiri: “Bakı Qarabağdakı xristian ziyarətgahlarının təhlükəsizliyini təmin edəcək”

Rusiya səfiri: “Bakı Qarabağdakı xristian ziyarətgahlarının təhlükəsizliyini təmin edəcək”

admin
45 Oxunub

“Azərbaycan Dağlıq Qarabağda nəzarəti altına aldığı rayonlarda xristian ziyarətgahlarının təhlükəsizliyini təmin edəcək”.

“Report” xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov TASS-a müsahibəsində deyib.

“Azərbaycan Prezidenti İlham Əliyev bu mövzuda dəfələrlə fikrini bildirib. Məsələn, Prezidenti İlham Əliyev noyabrın 23-də Ağdamdakı məscidə baş çəkərkən ölkədəki bütün tarixi abidələrin, o cümlədən Azərbaycanın nəzarəti altına keçən ərazilərdəki erməni, alban və pravoslav kilsələri və monastırlarının dövlət tərəfindən qorunduğunu bəyan edib. Noyabrın 25-də Kəlbəcər rayonunun azad edilməsi münasibətilə xalqa telemüraciətində Əliyev növbəti dəfə xristian abidələrin Azərbaycanın tarixi-mədəni irsi, onların dövlət himayəsində olduğunu təkrarladı”, – səfir qeyd edib.

Onun sözlərinə görə, bunlar ən son nümunələrdir. “Bu açıqlamalardan əvvəl İlham Əliyevlə Vladimir Putin arasında noyabrın 14-də baş tutmuş telefon danışığı zamanı da Azərbaycan Prezidenti üçtərəfli bəyanata uyğun olaraq Azərbaycana qaytarılan ərazilərdəki xristian ziyarətgahlarının təhlükəsizliyinə və normal fəaliyyətinə zəmanət verib”, – M.Boçarnikov əlavə edib.

“Əminəm ki, praktikada da belə olacaq. Azərbaycanı müxtəlif xalqların nümayəndələrinin və bir çox dinlərin ardıcıllarının hüquq və azadlıqlarının bərabər şəkildə təmin olunduğu çoxmillətli və çoxkonfessiyalı dövlət kimi tanıyırıq”, – diplomat vurğulayıb.

Rəy bildir

5 + 3 =