Əsas səhifə Cəmiyyət Azad edilmiş ərazilərə avtobus reysləri açılacaq

Azad edilmiş ərazilərə avtobus reysləri açılacaq

admin
41 Oxunub

İşğaldan azad edilən şəhər və rayonlarımıza marşrutların təşkilinə dair pasportlar hazırlanıb.

Thebusinesstimes.az xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən hazırlanan 2020-ci il üzrə avtomobil nəqliyyatı ilə daşımalara dair görülən işlərin hesabatında bildirilib.

Hesabata görə, 2020-ci ilin yanvar ayında işğal altından azad olunan Cocuq-Mərcanlıya ilk marşrut xəttinin açılışı təmin edilib:

“İlin sonunda Ali Baş Komandan İlham Əliyevin güclü siyasəti, qətiyyəti, iradəsi və əzmi, rəşadətli ordumuzun şücaəti və qəhrəmanlıq nümayişi ilə tarixi və əzəli torpaqlarımızın işğaldan azad edilən şəhər və rayonlarına marşrutların açılması üzrə pasportlar hazırlanaraq, daşıyıcıların müəyyən edilməsi üçün qanunauyğun müsabiqələrin keçirilməsinə dair hazırlıq işlərinin təşkil edilməsi ilə bağlı müvafiq əmr artıq hazırlanıb”.

Rəy bildir

10 + seven =