Əsas səhifə Dağlıq Qarabağ Lavrov: “Rusiyanın Dağlıq Qarabağın müstəqilliyini tanımaq fikri yoxdur”

Lavrov: “Rusiyanın Dağlıq Qarabağın müstəqilliyini tanımaq fikri yoxdur”

admin
39 Oxunub

“Dağlıq Qarabağın müstəqilliyi heç kəs tərəfindən tanınmayıb. Onu Ermənistan belə tanımayıb”.

“Report” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2020-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında erməni jurnalistin sualını cavablandırarkən deyib.

“Bizim ümumiyyətlə Dağlıq Qarabağın müstəqilliyini tanımaqla bağlı fikrimiz yoxdur”, – o vurğulayıb.

O, həmçinin qeyd edib ki, Dağlıq Qarabağın statusu 9 noyabr bəyanatında qeyd olunmayıb. “Bu, şüurlu şəkildə edilib. Ora Rusiya sülhməramlıların məsuliyyət daşıdığı bölgədir. Dağlıq Qarabağın status problemi ziddiyyətlidir. Ona görə də Yerevan və Bakının mövqeləri nəzərə alaraq danışıqlar zamanı ölkə başçıları tərəfindən bu məsələdən yan keçməyə qərar verilib”, – Lavrov vurğulayıb.

Rəy bildir

three × 2 =