Əsas səhifə Cəmiyyət “VAKSİNDƏN XƏSTƏLƏNMƏK EHTİMALI VAR, LAKİN…” – Nazirdən açıqlama

“VAKSİNDƏN XƏSTƏLƏNMƏK EHTİMALI VAR, LAKİN…” – Nazirdən açıqlama

admin
54 Oxunub

“Cənab Prezidentin və Birinci vitse-prezident Mehriban Əliyevann çox böyük zəhməti nəticəsində Azərbaycan da ən müasir, zəngin ölkələrin sırasına daxil olaraq, əhalisini vaksinasiya edə bilir”.

Bu sözləri Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev jurnalistlərə açıqlamasında bildirib. 

Nazir Azərbaycanın istifadə etdiyi “Sinovac” vaksinin əhəmiyyətindən söz açıb: “Məlum olduğu kimi, hazırda dünyada bir neçə şirkət vaksinasiya hazırlayıb. Ölkələr də istəyir ki, öz əhalisini vaksinasiya etsin. Bəzi ölkələr üçün vaksinasiya növbəsi ilin sonuna çatacaq, hətta gələn ilə də qala bilər. Amma bizim ölkə rəhbərimizin nüfuzu sayəsində, demək olar ki, mövcud bütün şirkətlərlə danışıqlar aparılıb, istehsal olunan vaksinlərin həm xüsusiyyətləri, həm də keyfiyyəti dəqiq öyrənilib. Mütəxəssislərin qənaətinə görə, Azərbaycan üçün ən yaxşı vaksin “Sinovac” şirkətinin vaksinidir. Qardaş Türkiyə də bu vaksindən istifadə edir.

Ölkə rəhbərliyinin tapşırığı da bu idi ki, ilk növbədə vaksin təhlükəsizliyi məsələsinə diqqət edilməli idi. 

Bu vaksin bir neçə ölkədə sınaqlardan keçirilib, tədqiqatı aparılıb və hələ bir dəfə də bir fəsadı, mənfi təsiri müşahidə olunmayıb.

Bu, ən vacib məsələdir. İkinci məsələ onun keyfiyyəti ilə bağlıdır. Doğrudur, müxtəlif ölkələr müxtəlif rəqəmlər verirlər. Deyə bilərəm ki, bu vaksin çox effektlidir”.

Nazir qeyd edib ki, vaksindən müəyyən faiz xəstələnmə ehtimalı, lakin xəstələnənlər xəstəliyi çox yüngül keçirir: “Yəni, hansısa fəsad olmur. Bütün bunlar nəzərə alınaraq, “Sinovac” vaksinin üzərində dayandıq. Artıq vaksinlər Azərbaycandır və bu gündən vaksinasiyaya start verdik”.

Qeyd edək ki, bu gün Azərbaycanda Azərbaycanda koronavirusa qarşı vaksinasiya prosesi başladılıb. Bakı Sağlamlıq Mərkəzində keçirilən prosesdə ilk olaraq Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB sədri Ramin Bayramlı peyvənd olunub.

Rəy bildir

two × 2 =