Əsas səhifə Dünya Rusiyadan ABŞ-a SƏRT NOTA

Rusiyadan ABŞ-a SƏRT NOTA

admin
37 Oxunub

Rusiya ABŞ-ın ölkədəki səfirinə etiraz notası verib.

Thebusinesstimes.az-ın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bildirib.

M.Zaxarova etiraz notasının 23 yanvarda ölkədəki icazəsiz mitinqlər haqqında ABŞ-ın Moskvadakı Səfirliyinin sosial media hesablarından edilən paylaşımlar səbəbilə ABŞ səfiri Con Sullivana verildiyini qeyd edib.

O, Birinci Kanala müsahibəsində həftəsonu Rusiyanın müxtəlif şəhərlərində müxalifət lideri Aleksey Navalnının tərəfdarları tərəfindən təşkil olunan mitinqlərlə bağlı ABŞ Səfirliyinin dəstək paylaşımlarını tənqid edib.

Bu çərçivədə Con Sullivan nazirliyə çağırılıb və nazir müavini Sergey Ryabkov ilə görüşü keçirilib.

Rəy bildir

8 + 17 =