Əsas səhifə Siyasət “Azərbaycanda türk ordusunun kiçik modelini yaratmaq əzmindəyik”- Prezident

“Azərbaycanda türk ordusunun kiçik modelini yaratmaq əzmindəyik”- Prezident

admin
59 Oxunub

“Türkiyə Ordusu dünya çapında ən güclü ordular sırasındadır. NATO-da güc baxımından ikinci ordudur. Azərbaycanda türk ordusunun kiçik modelini yaratmaq əzmindəyik. Artıq bu sahədə əməli işlərə start verilib”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

“Müharibə dövründə biz yeni təcrübə topladıq. Çünki bizim Ordumuz indiyədək, demək olar ki, müharibələrdə iştirak etmirdi və sadəcə olaraq bu sahəyə nəzəri baxımdan yanaşırdı. Müharibə təcrübəsindən düzgün nəticələr çıxarmalıyıq. Böyük uğurlarımız olub, eyni zamanda müharibə dövründə müəyyən çatışmazlıqlar da olub. Bunu biz gizlətmirik. Müharibə dövründə Ali Baş Komandan kimi qəbul etdiyim qərarlar, o cümlədən hərbi personalla bağlı qəbul edilmiş qərarlar onu göstərir ki, müəyyən problemlər üzə çıxıb ki, biz onları həll etdik”, – dövlət başçısı bildirib.

Prezident Azərbaycan və Türkiyə arasında çox saylı hərbi razılaşmaların olduğuna da diqqət çəkib: “Türkiyə və Azərbaycan arasında çox geniş qanunvericilik bazası var. Bir çox sənədlər imzalanıb. Onların arasında elə sənədlər var ki, orada qarşılıqlı hərbi yardım məsələləri də təsbit edilib. Əlbəttə ki, Azərbaycana hər hansısa təhlükə, təhdid yaranarsa, biz tam əminik ki, bizə arxa göstərən qardaş Türkiyə olacaq”.

Rəy bildir

20 − 17 =