Əsas səhifə Siyasət “RAZILAŞMA POZULUR…” – İlham Əliyev Rusiya sülhməramlılarını tənqid edib

“RAZILAŞMA POZULUR…” – İlham Əliyev Rusiya sülhməramlılarını tənqid edib

admin
45 Oxunub

“Biz orada hazırda nəyin baş verdiyini bilirdik və bilirik. Müharibə dövründə də, ondan qabaq da bilirdik. Bu, təbii ki, bizə müharibə vaxtı kömək edirdi”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

“Elə indi də kömək edir. Ona görə indi Rusiya sülhməramlıları tərəfindən xarici vətəndaşların Dağlıq Qarabağa gizli buraxılışı istiqamətində fəaliyyətləri görəndə bu, bizdə təəccüb doğurur. Biz Rusiya tərəfi ilə razılaşmışıq ki, ora əcnəbilər yalnız bizim razılıqla daxil ola bilər. Razılaşma da pozulur. Əlavə heç nə deməyəcəyəm, bəlkə, bunu yenə şərh etmək lazım olacaq. Ancaq ora kimin girib-çıxdığını soyadınadək bilirik”, – dövlət başçısı bildirib.

“HƏR HANSI QİSAS CƏHDİ CİDDİ ŞƏKİLDƏ CƏZALANDIRILACAQ!” – “Azərbaycan ərazisində başqa dilin rəsmi statusu ola bilməz”

“Biz davamlı sülhə nail olmaq istəyirik. Bu düşmənçilik səhifəsini çevirmək üçün yeganə yoldur”– deyən Prezidentin

sözlərinə görə, erməni tərəfi öz qoşunlarını torpaqlarımızdan çıxarmaq üçün tarixi verən kimi biz müharibəni dayandırdıq.

“Müharibənin ilk günündən mən hər bir müsahibəmdə və bəyanatımda onu vurğulayırdım ki, Ermənistanın baş naziri şəxsən özü bizə Cəbrayıl, Füzuli, Şuşa və digər rayonlarımızdan qoşunlarının çıxarılması tarixini verən kimi müharibəni dayandıracağıq. Biz münaqişənin başa çatdırılması üçün 30 il gözləmişik. Niyyətimiz hər zaman aydın və səmimi olub. Biz dərk edəndə ki, Ermənistan hökuməti bizə bir santimetr torpaq qaytarmaq niyyətində deyil, paralel olaraq bir sıra hərbi təxribatlar törədir, biz dərhal adekvat cavab verdik”, – deyə prezident qeyd edib.

İ.Əliyev bildirib ki, davamlı sülhü yalnız imzalanmış 10 noyabr bəyanatına sadiqlik nümayiş etdirməklə əldə etmək olar: “Onlar bildirdi ki, Ağdamın bir hissəsi, Kəlbəcər, Laçın boşaldılacaq. Mən dərhal müharibəni dayandırdım və sözümə əməl etdim. Hər kəs anlayır ki, biz müharibəni davam etdirsəydik, Ermənistan üçün nəticə daha ağır və acınacaqlı ola bilərdi. Biz istəmədik ki, daha artıq itkimiz və qurbanlar olsun. Bu gün biz onu müzakirə edirik ki, bölgədə dayanaqlı sülh və təhlükəsizlik olsun. Bunun yeganə yolu əməkdaşlıqdır. Biz artıq üçtərəfli qaydada – Azərbaycan, Ermənistan və Rusiya ilə birlikdə kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin yaradılması və bütün maneələrin aradan qaldırılması üçün çalışırıq. Bu baş tutsa, Ermənistan da mənfəət əldə edəcək.

Sülhün xeyrini görəcəklər. Sülh üçün daha bir şərtimiz ondan ibarətdir ki, Ermənistanın siyasi dairələri anlamalıdır ki, hər hansı bir qisas cəhdi Azərbaycan tərəfindən ciddi şəkildə cəzalandırılacaqdır. Biz hər hansı ciddi bir təhlükə görsək, dərhal cavab verəcəyik. Ona görə də xəbərdarlıq edirəm ki, qisas cəhdləri olmamalıdır. 10 noyabr bəyanatı Ermənistan tərəfindən tam icra olunmalıdır. Tədricən, addım-addım sülh regiona gələcək”.

Azərbaycan Prezidenti İlham Əliyev Qarabağda ermənilərin rus dilinə status verəcəklərinə dair iddialarına da toxunub.

“Qarabağda rəsmi dil məsələsi ilə bağlı deyə bilərəm ki, bu manipulyasiya növüdür. Orada hazırda Azərbaycanın qeyri-qanuni rəhbər adlandırılan manipulyasiyasıdır”- deyə, İlham bildirib.

“Dağlıq Qarabağ mövcud deyil. Hər kəs oranı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Azərbaycanda yeganə rəsmi dil Azərbaycan dilidir. Ona görə də Azərbaycan ərazisində başqa dilin rəsmi statusu ola bilməz. Eyni zamanda biz heç bir dilə qarşı hər hansı məhdudiyyət qoymuruq. 340-a yaxın rus dilli məktəbimiz var. Ermənistanda isə bu rəqəm sıfırdır. Yalnız orada rus hərbi kontingentinin uşaqları üçün məktəb var”, – dövlət başçısı bildirib.

 “Artsax” adında dövlət yoxdur, olmayıb, olmayacaq da”

“Xankəndi və ermənilərin yaşadığı digər ərazilərin inteqrasiyası prosesi qaçılmazdır. Bunu başa düşmək lazımdır. Tarixi perspektivi də anlamaq lazımdır. Onlar deyə bilməzlər ki, onların hansısa “Artsax” adında dövlətləri var. Elə bir dövlət yoxdur, olmayıb, olmayacaq da. Bu sayıqlamaları kənara atıb Azərbaycan vətəndaşları kimi yaşamaq lazımdır. Biz onları beyni yuyulmuş Azərbaycan vətəndaşı hesab edirik”, – Prezident bildirib.

Rəy bildir

4 × five =