Əsas səhifə Mədəniyyət “Qarabağın musiqi tarixi – aşıq sənəti” adlı Gənc Aşıqlar onlayn Respublika müsabiqəsinin təltifetmə mərasimi keçirilib

“Qarabağın musiqi tarixi – aşıq sənəti” adlı Gənc Aşıqlar onlayn Respublika müsabiqəsinin təltifetmə mərasimi keçirilib

admin
44 Oxunub

Martın 9-da Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü və təşkilatçılığı İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Aşıqlar Birliyinin əməkdaşlığı ilə “Qarabağın musiqi tarixi – aşıq sənəti” adlı Gənc Aşıqlar onlayn respublika  müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncamına uyğun olaraq qeyd olunan onlayn respublika müsabiqəsi çərçivəsində 03-05 mart tarixlərində peşəkar müəllimlər tərəfindən aşıq sənəti üzrə onlayn ustad dərslər təşkil edilib və “Ustad sənətkar Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş xüsusi mükafat” nominasiyası üzrə də mükafatlandırma mərasimi keçirilib.

Ustad dərslərinin və müsabiqənin keçirilməsində əsas məqsəd Aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmiş Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgər sənətinin təbliği, həmçinin musiqi tariximizdə öz qədimliyi ilə seçilən Qarabağ aşıq sənətinin təbliği, qədim və müasir el havalarının öyrənilməsi və qorunması, Qarabağ aşıq sənətinin dünyada tanıdılması üzrə gənc istedadların üzə çıxarılması, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və bu işin ölkənin regionlarında daha da canlandırılmasının təmin edilməsinə dəstək verilməsindən ibarətdir.

Müsabiqə 4 yaş qrupu (9-20 yaş) və 3 nominasiya (Qarabağa aid müxtəlif xarakterli aşıq havaları, gözəlləmə, müxəmməs) üzrə keçirilib və ümumilikdə 200 nəfər müsabiqədə iştirak edib. Müsabiqənin birinci turu noyabr və dekabr ayları arasında, 2021-ci il yanvar-mart aylarında isə ll tur keçirilmişdir.

Tədbirin rəsmi açılış mərasimində Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, İçərişəhər Muzey Mərkəzinin direktoru Əminə Məlikova, Aşıqlar Birliyinin katibi, əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu və  əməkdar incəsənət xadimi, YUNESKO-nun qeyri-maddi irsinin eksperti Sənubər Bağırova salamlama nitqi ilə çıxış ediblər.

Müsabiqənin münsiflər heyətində Azərbaycan  Dövlət  Mədəniyyət  İncəsənət  Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəhimov Əhliman, Azərbaycan  Dövlət  Mədəniyyət  İncəsənət  Universitetinin  dosenti, sənətşünaslıq  üzrə fəlsəfə doktoru Fəzail Orucov, Əməkdar artist, Azərbaycan Dövlət Milli Konservatoriyasının müəllimi Kamran Kərimov, Şuşa Humanitar Kollecinin müəllimi Şərifli Məharət təmsil olunub.

Münsiflər heyəti tərəfindən qaliblər müəyyənləşdirilib, müsabiqənin nəticələrinə əsasən, Babaşov Murad (Bakı) “Ustad sənətkar Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş xüsusi mükafat” nominasiyası üzrə mükafata, 9-11 yaş qrupu üzrə Nəhmətli Bahadur (Qobustan) I yerə, Cəfərli Kənan (Qubadlı) II yerə, Abbasova Sona (Bakı) və Məmmədov Fuad (Ağstafa)  III yerə, 12-14 yaş qrupu üzrə Məmmədli Pərvin (Bakı) I yerə, Aşurov Həsən (Bakı) və Qaraşlı Şahin (Ağdam) II yerə, Bəkirov Abbas (Mingəçevir), Şixəliyev Elmir (Qaradağ), Məmmədli Tunar (Laçın) III yerə, 15-17 yaş qrupu üzrə Qurbanlı Vahid (Ağstafa) I yerə, Gülməmmədov Kənan (Bakı), Alxasov Tacir (Bakı) II yerə, Əhmədov Anar (Şuşa), Məmmədov İlkin (Kəlbəcər), Hüseynov İbrahim (Ağstafa) III yerə, 18-20 yaş qrupu üzrə Məmmədova Ayşə (Bakı) I yerə, Alışov Aynəttin (Bakı) II yerə layiq görülüb.

Müsabiqənin qalibləri Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi tərəfindən diplom və dəyərli hədiyyələrlə mükafatlandırılıb, bütün iştirakçılara sertifikatlar təqdim olunub.

Rəy bildir

twelve − nine =