Əsas səhifə Cəmiyyət “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı müsabiqənin təltifetmə mərasimi keçirilib

“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı müsabiqənin təltifetmə mərasimi keçirilib

admin
43 Oxunub

Carı ilin aprelin 05-də  Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən uşaq və gənclər arasında “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı Beynəlxalq Yaradıcılıq müsabiqəsinin final mərhələsi keçirilib.

Uşaq və gənclər arasında “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı Beynəlxalq Yaradıcılıq Müsabiqəsinin əsas məqsədi silahlı qarşıdurmalar zamanı mədəni sərvətlərin qorunması probleminə diqqəti çəkmək, mədəni irsin qorunması, Azərbaycan təbiəti və mədəniyyətinin təbliği, Qarabağın incisi, qədim mədəniyyət mərkəzimiz Şuşa şəhərinin 8 noyabr 2020-ci il tarixində işğaldan azad olunması münasibətilə yeni bədii yaradıcılıq əsərlərinin yaradılması, xalqımızda hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərə milli həmrəylik və qəhrəmanlıq kimi ülvi hisslərin aşılanması, yaradıcı potensialı olan hər bir kəsi müsabiqəyə cəlb etməklə mövzu baxımından yaradıcılıq işlərinin yazılmasına stimul verməkdir.

2020-ci ilin noyabr-dekabr aylarında 4 nominasiya (esse, şeir, mahnı, nitq) və 4 yaş kateqoriyası (9-11, 12-14, 15-17, 18-28) üzrə keçirilən beynəlxalq yaradıcılıq müsabiqəsinə Azərbaycan, Türkiyə, İran, İsveçrə, İsveç, Polşa, Pakistan, Kanada kimi ölkələrdən 705 iştirakçı müraciət edib, onlardan  47 qalib və 2 iş xüsusi mükafata layiq görülüb. Yanvar-mart aylarında yarımfinal və final mərhələləri keçirilib.

Müsabiqənin nəticələrinə əsasən, esse nominasiyası üzrə 388 iştirakçıdan 12 nəfər, mahnı nominasiyası üzrə 25 iştirakçıdan 8 nəfər, nitq nominasiyası üzrə 109 iştirakçıdan 14 nəfər,  seir nominasiyası üzrə isə  183 iştirakçıdan 13 nəfər  qalib olub. Təltifetmə mərasimi 3 saat fasiləsiz olaraq sosial şəbəkələrdə canlı yayımlanıb və müxtəlif ölkələrdən canlı yayıma qoşulublar.  I, II, III yerlər üzrə müsabiqənin qalibləri  diplomla və bütün iştirakçılar sertifikatla təltif olunub.

Göndərilən işlər hər nominasiya üzrə peşəkar münsiflər heyəti tərəfindən gizli şəkildə qiymətləndirilib.

Müsabiqənin nəticələrinə əsasən, esse nominasiyası üzrə 9-11 yaş kateqoriyasında Əlizadə Arzu (Bakı, Şuşa rayon Malıbəyli kənd 1 nömrəli tam orta məktəb) I yerə, Mustafazadə Elnarə (230 nömrəli tam orta məktəb) II yerə, Hüseynli Qəmər (İsmayıllı İ.Həsənov adına 1 saylı tam orta məktəb) III yerə; 12-14 yaş kateqoriyasında Nəcəfli Xatirə (Bakı Humanitar fənlər təmayüllü məktəb-lisey) I yerə, Mehdiyeva Səma (Abşeron rayonu Xırdalan şəhəri 8 saylı orta məktəb) II yerə, Süleymanova Nərmin (Yevlax 5 nömrəli tam orta məktəb) III yerə; 15-17 yaş kateqoriyasında Zeynallı Bülbül (Bakı, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi) I yerə, Mirzəyev Heydər (Bakı, H.Z.Tağıyev adına 123 №- li tam orta məktəb) II yerə, Abasova Pərvanə (Bakı, Şuşa rayon Malıbəyli kənd 1 nömrəli tam orta məktəb) III yerə; 18-28 yaş kateqoriyasında Adışova Gülşən (Bakı, Bakı Dövlət Universiteti,Filologiya fakültəsi) I yerə, Əhmədova Günel (Bakı) II yerə, İldırımlı Gülşən (İsmayıllı şəhər İ.Həsənov adına 1 saylı tam orta məktəbin riyaziyyat müəllimi) III yerə layiq görülüblər.

Müsabiqənin mahnı nominasiyası üzrə 9-11 yaş kateqoriyasında Abdulzadə Tapdıq (Sumqayıt 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi) I yerə,  Cəfərzadə Ümid (Bakı, 3 nömrəli UGİM) II yerə; 12-14 yaş kateqoriyasında Məmmədov Atilla (Bakı, Arif Hüseynzadə adına 20 nömrəli məktəb) I yerə,  Qasımov Məhəmməd (İsmayıllı, 5 nömrəli tam orta məktəb) III yerə; 15-17 yaş kateqoriyasında Səfərzadə Ziya (Şuşa UGİM) I yerə, Nəcəfli Nəzrin (Kanada) xüsusi mükafata; 18-28 yaş kateqoriyasında Şıxaliyev Yusif (Türkiyə, “Uludağ Universiteti, Beynəlxalq münasibətlər fakultəsi) I yerə, Əlizadə Aysel (Bakı, Ü.Hacıbəyli adına Bakı Muiqi Akademiyası) II yerə, İsrafilova Fatimə (Bakı, Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 5 saylı xüsusi internat məktəbi) III yerə layiq gorülüblər.

Müsabiqədə nitq nominasiyası üzrə 9-11 yaş kateqoriyasında həvəsləndirici yerlər sirasında I yerə  Məmmədova Fidan (Şəmkir rayon Qalib Mirzəməmmədov adına Sərxan tam orta məktəb), II yerə Elias Khazri (İsveçrə), III yerə Sagiyeva Zarifa (Kanada); 12-14 yaş kateqoriyasında  I yerə Əhədli Fatimə (86 nömrəli tam orta məktəb), II yerə Şeydayeva Zəhraxanım (Bakı Avropa Liseyi) və Niftaliyev Emin (Kanada), III yerə Səlimli Nigar (Bakı, Kimya-biologiya təmayüllü respublika liseyi) və Qarayeva Nurgül (Bakı Atatürk liseyi), xüsusi mükafata isə Sultanova Fidan, Sultanov Kənan, Sultanov Aysun (RUGİM) layiq olublar.

Nitq nominasiyasında 15-17 yaş kateqoriyası üzrə Əhmədzadə Leyla (Bakı Humanitar fənlər təmayüllü məktəb-lisey) I yeri, Radayeva Olesya (İsmayıllı) II yeri və Əliyeva Röya (Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyası) III yeri; 18-28 yaş kateqoriyasında Əzizli Sevinc (Rasim Ocaqov adına Şəki Şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzi) I yeri, Tural Nəsifov (ADA Universiteti) II yeri və  Şavruqova Fatimə (Bakı Slavyan Universiteti) III yeri qazanıbıar.

Şeir nominasiyasinda 9-11 yaş kateqoriyası üzrə Şirinli Mədinə (İsmayıllı, Cülyan kənd tam orta məktəb) I yerə, Quliyeva Dəniz (Kanada) II yerə, Zeynallı Tural (Bakı, Bilgəh qəsəbəsi 142 saylı orta məktəb) III yerə; 12-14 yaş kateqoriyasında Lalə Nemət (İsmayıllı rayonu 1 saylı tam orta məktəb) I yerə, İsmayılzadə Fatimə (Bakı, 1 nömrəli UGİM) və Mirzəyeva Nərgiz (297 nömrəli tam orta məktəb) II yerə, Zeynallı Əli (Bakı, 3 nömrəli UGİM) III yerə; 15-17 yaş kateqoriyasında İmranlı Fərid ( Sumqayıt Musiqi Kolleci) I yerə, Fərəcli Çinarə (İsmayıllı, Natiq Behdiyev adına 6 saylı tam orta məktəb) II yerə, Xalıqlı Ağasif (İsmayıllı UGİM) III yerə; 18-28 yaş kateqoriyasında Tahirli Gülay (Naxçıvan, Bakı Dövlət Universitetinin Filologiya fakültəsi) I yerə, Abbaszadə Nasir (Təbriz, İran) II yerə, Şirbağırov Elşən (Bakı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət  Universitetinin Kino və televiziya fakültəsi) III yerə layiq görülüblər.

I, II, III yerlər üzrə müsabiqənin qalibləri diplomla və bütün iştirakçılar sertifikatla  təltif olunub.

Rəy bildir

three + 20 =